Ölkə futbolunun daha bir gənc yetirməsi legioner həyatı yaşayacaq. Kipr “Pafos”u “Neftçi”nin vinger Murad Məmmədovun transferini rəsmən elan edib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 20 yaşlı cinah hücumçusu ilə 4 illik müqavilə imzalanıb. Onun yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir.