İngilislərin ABŞ macəraları: tufan, qarət və təxliyə

15.06.26 | 23:53
Dünya futbolu

Mundialın qrup mərhələsi üçün Kanzas-Sitiyə gələn İngiltərə millisi ABŞ-da ard-arda xoşagəlməz hadisələrlə üzləşir. Tomas Tuxelin komandası hələ düşərgəyə çatmamışdan başlayan “qara zolaq” artaraq davam edir.

Hələ iyunun 8-də ingilislərin məskunlaşacağı otelin yaxınlığında 9 nəfərin yaralanması ilə nəticələnən atışma baş vermişdi. Lakin “Üç şir”in xoşagəlməz macəraları bununla bitmədi.

Komandanın düşərgəsində yaşanan uğursuzluqlar zənciri fərqli xarakterli hadisələrlə davam edib. Hər şey millinin aşpazının baqajında polad mətbəx bıçaqları aşkarlandığı üçün qatara buraxılmaması ilə başlayıb. Bu bənzərsiz “aşpaz böhranı”nın ardınca təbii maneələr özünü göstərib. Kosta-Rika ilə planlaşdırılan yoldaşlıq görüşü stadiondakı güclü leysan üzündən gecikmə ilə başlayıb. İngilislərin problemlərinin kulminasiya nöqtəsi isə seçmənin idman geyimlərini daşıyan furqonun qarət edilməsi olub. Xoşbəxtlikdən, oğurlanan əşyaların böyük hissəsini qısa zamanda tapıb komandaya qaytarmaq mümkün olub.

Şənbə günü şəhərə gələn komanda isti hava şəraitində açıq məşq keçib. Lakin axşam saatlarında bölgəyə xas kəskin hava dəyişikliyi baş verib. Sürəti saatda 130 km-ə çatan fırtına, ildırım çaxması və leysan şəhərdə həyəcan siqnallarının işə düşməsinə səbəb olub.

The Sun nəşrinin məlumatına görə, İngiltərə nümayəndə heyəti də daxil olmaqla, oteldəki bütün qonaqlara təhlükəsizlik xəbərdarlığı göndərilib. Otel rəhbərliyinin tövsiyəsi ilə komanda üzvləri dərhal birinci mərtəbənin mərkəzi holuna təxliyə edilib və fırtınanın keçməsini orada gözləyiblər. Hadisə zamanı xəsarət alan olmasa da, mundial ərəfəsində yaşanan bu gərgin anların Tuxelin yetirmələrinin əhval-ruhiyyəsinə mənfi təsir göstərdiyi şəksizdir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46