Salahın ad günündə Belçikaya sürpriz: “Qırmızı şeytanlar” Sietldə xal itirdi

15.06.26 | 23:40
Dünya futbolu

DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Belçika millisi çətin sınaqla üzləşib. Sietldə baş tutan matçda qapalı oyun nümayiş etdirən Misir yığması “qırmızı şeytanlar”a rahat nəfəs almağa imkan verməyib.

Matçın 21-ci dəqiqəsində ad günü olan Məhəmməd Salahın sağ cinahdan başlatdığı hücumu Emam Aşur cərimə meydançasının kənarından dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb. Tibo Kurtuanın Mərvan Attiyanın təhlükəli zərbəsini dəf etməsi isə Belçikanı iki top fərqlə geridüşmədən xilas edib.

İkinci hissədə təzyiqi artıran avropalılar oyunda dönüş yaratmağa çalışıblar. Kevin De Brüynenin cərimə zərbəsindən sonra top dirəkdən dönüb.

Oyuna sonradan qoşulan Romelu Lukaku meydana daxil olduqdan cəmi 15 saniyə sonra matçın taleyini dəyişib. Münyenin kəskin cinah ötürməsi zamanı Lukakunun təzyiqinə tab gətirməyən Məhəmməd Hani topu öz qapısına kəsdirib – 1:1.

Matçın sonlarında Lukaku komandasına qələbə qazandırmağa yaxın olsa da, əlverişli mövqedən topu qapının üstündən vurub.

Dünya Kuboku, G qrupu, I tur

Belçika – Misir 1:1

Qollar: M. Hani, 66 (avtoqol) – E. Aşur, 21

Sietl. “Lumen Fild” stadionu

Baş hakim: Ramon Abatti (Braziliya)

Belçika: T. Kurtua, T. Münye, J. Nqoy, B. Mehele, T. Kastany (M. De Keyper, 57), A. Onana (N. Raskin, 57), Y. Tilemans, J. Doku (M. Fernandes Pardo, 86), K. De Brüyne (H. Vanaken, 86), L. Trossard, Ş. De Ketelare (R. Lukaku, 66).

Misir: M. Şobir, M. Hani, Y. İbrahim, M. Fəthi (İ. Adel, 88), Ə. Fatuh (H. Hafez, 88), M. Laşin, M. Attiya, M. Salah (O. Əbdülkərim, 76), E. Aşur (R. Rəbiyə, 70), Ziko (Zizo, 76), O. Mərmuş.

Sarı vərəqələr: T. Kastany (14), M. De Keyper (75) – M. Attiya (13), Ə. Fatuh (34)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46