Daşkənd turniri başa çatdı: şahmatçılarmız 14 800 dollar qazandı

15.06.26 | 23:59
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq şahmat turniri başa çatıb. Ölkəmizin qrossmeysterləri yarışı bir çempionluq və ümumilikdə 14 800 ABŞ dollar mükafatı ilə yekunlaşdırıblar.

Turnirin 10 güclü şahmatçının iştirak etdiyi əsas Masters qrupunda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edib. Təmsilçimiz bu gün keçirilən həlledici 9-cu turda rusiyalı Yan Nepomnyaşşi ilə sülh bağlayıb. Turnirdə Vidit Santoş (Hindistan), Nikolas Teodoru (Yunanıstan) və Nodirbek Yakubboyevə (Özbəkistan) qalib gələn Məmmədyarov, Arcun Eriqaisi (Hindistan), Hans Niman (ABŞ) və Şamsiddin Vohidovla (Özbəkistan) heç-heçə oynayıb. Yarışda yalnız Nodirbek Abdusattorov və Mühiddin Mədəminova (hər ikisi Özbəkistan) məğlub olan şahmatçımız, topladığı 5 xalla turniri 4-cü sırada tamamlayıb və 8 000 dollar qazanıb.

Yarışın “Challengers” qrupunda mübarizə aparan şahmatçılarımız isə turniri fərqli notlarda bitiriblər. Məhəmməd Muradlı yarışın bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirsə də, son turda da tempini salmayıb və heç-heçə oynayaraq hesabını 7,5 xala çatdırıb. Turnirin qalibi olan Muradlı 6 000 dollar mükafat əldə edib. Bu qrupdakı digər təmsilçimiz Eltac Səfərli isə son turda məğlubiyyətlə üzləşərək yarışı 3 xalla 9-cu pillədə başa vurub. Onun bu turnirdən qazancı 800 dollar olub.

Paylaş:

Xəbər Lenti

Boksçularımız Dünya Kubokunda mübarizəyə qələbə ilə başladılar

15.06.26 | 23:02

Murad Məmmədov “Pafos”da!

15.06.26 | 23:50

“Kəpəz”də növbəti ayrılıq: Məmməd Hüseynov “Şafa”ya keçdi

15.06.26 | 23:05

Misir Belçika ilə oyunda önə keçdi – YENİLƏNİR

15.06.26 | 23:40

“Turan Tovuz”un forvardı Avropaya köçür

15.06.26 | 23:38

İngilislərin ABŞ macəraları: tufan, qarət və təxliyə

15.06.26 | 23:53

Daşkənd turniri başa çatdı: şahmatçılarmız 14 800 dollar qazandı

15.06.26 | 23:59

İspaniya Kabo-Verde səddində büdrədi

15.06.26 | 21:04

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47