İyunun 19-da futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.
Azərbaycan Futzal Federasiyasının məlumatına görə, bu mərhələdə Avropanın 36 komandası qüvvəsini sınayacaq. İştirakçı kollektivlər hər birində 12 komanda olmaqla, üç səbətə bölünüblər. Püşkatmanın nəticələrinə əsasən, 3 komandadan ibarət 12 qrup formalaşdırılacaq.
Püşkatmada ikinci səbətdə yer alan Azərbaycan millisi öz rəqibləri ilə birinci və üçüncü səbətlərdən tanış olacaq. UEFA İcraiyyə Komitəsinin təhlükəsizlik və siyasi meyarları nəzərə alan xüsusi qərarına əsasən, birinci səbətdə yer alan Ermənistan yığması ilə Azərbaycanın eyni qrupa düşməsi texniki olaraq qadağan edilib.
Səbətlərin tərkibi
1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland.
2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.
3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.
Seçmə mərhələnin oyunları bir neçə pəncərəyə bölünərək keçiriləcək:
12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027
Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028