Millinin seçmə mərhələdəki rəqibləri müəyyənləşir

10.06.26 | 16:48
Digər növlər

İyunun 19-da futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.

Azərbaycan Futzal Federasiyasının məlumatına görə, bu mərhələdə Avropanın 36 komandası qüvvəsini sınayacaq. İştirakçı kollektivlər hər birində 12 komanda olmaqla, üç səbətə bölünüblər. Püşkatmanın nəticələrinə əsasən, 3 komandadan ibarət 12 qrup formalaşdırılacaq.

Püşkatmada ikinci səbətdə yer alan Azərbaycan millisi öz rəqibləri ilə birinci və üçüncü səbətlərdən tanış olacaq. UEFA İcraiyyə Komitəsinin təhlükəsizlik və siyasi meyarları nəzərə alan xüsusi qərarına əsasən, birinci səbətdə yer alan Ermənistan yığması ilə Azərbaycanın eyni qrupa düşməsi texniki olaraq qadağan edilib.

Səbətlərin tərkibi

1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland.

2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.

3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.

Seçmə mərhələnin oyunları bir neçə pəncərəyə bölünərək keçiriləcək:

12-21 oktyabr 2026

2-11 noyabr 2026

6-9 dekabr 2026

22 fevral – 3 mart 2027

Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028

Paylaş:

Xəbər Lenti

Millinin seçmə mərhələdəki rəqibləri müəyyənləşir

10.06.26 | 16:48

Cüdoçular turnirlərə hazırlaşır

10.06.26 | 16:25

Mundialın “itirilmiş” ulduzları: Siyahının zirvəsində kim dayanır?

10.06.26 | 14:04

“Şəfa”müdafiə xəttini gücləndirir

10.06.26 | 14:15

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20