Birinci liqa təmsilçisi “Karvan-Yevlax”ın yeni baş məşqçisi müəyyənləşib. Yevlax klubu təcrübəli mütəxəssis Ramiz Məmmədovla rəsmi müqavilə imzalayıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis ötən mövsüm digər Birinci Liqa təmsilçisi “Mingəçevir” klubuna rəhbərlik edib. Təcrübəli baş məşqçinin rəhbərliyi altında Yevlax təmsilçisinin yeni mövsümdə qarşısına qoyacağı hədəflər azarkeşlər tərəfindən maraqla gözlənilir.