Joze Mourinyodan sərt bəyanat: “Bu, açıq-aşkar soyğunçuluqdur, futbol nəyə çevrilir?”

09.07.26 | 11:24
Dünya futbolu

Dünya şöhrətli mütəxəssis Joze Mourinyo Argentina və Misir yığmaları arasında keçirilən oyunda baş verən hakim qərarlarına kəskin reaksiya verib. Portuqaliyalı məşqçi görüşdəki epizodların qiymətləndirilməsində obyektivliyin pozulduğunu iddia edib: “Bu, açıq-aşkar soyğunçuluqdur. Futbolun nəyə çevrildiyini görmək utanc vericidir. Oyunu davam etdirməyə, qol vurulmasına imkan verib, sonra onu ləğv etmək nə dərəcədə düzgündür? Əgər qayda pozuntusu var idisə, hakim oyunu dərhal saxlamalı idi. Qol vurulmasını gözləməyə ehtiyac yox idi. Onda başqa bir sual yaranır: nə üçün Argentinanın vurduğu ilk qol eyni diqqətlə araşdırılmadı? Hərçənd həmin epizod oyundankənar vəziyyətə çox bənzəyirdi.

Niyə Argentinanın iştirak etdiyi hər bir epizod diqqətlə yoxlanıldığı halda, Misirə qarşı eyni diqqət göstərilmədi? VAR çaşqınlıq yaratmaq üçün yox, ədaləti təmin etmək üçündür. Görünür, bu gün bütün vacib qərarlar Argentinanın lehinə verildi. Futbol bundan daha yaxşısına layiqdir”.

Mourinyo, həmçinin İspaniyaya qarşı matçda Portuqaliya milli komandasının nümayiş etdirdiyi oyunu və xüsusən də yarımmüdafiə xəttini kəskin tənqid edib. Təcrübəli mütəxəssisin fikrincə, komandanın uğursuzluğunun əsas səbəbi Kriştianu Ronaldunun meydanda yalnız buraxılması olub: “Portuqaliya millisi eqoist və həddindən artıq şişirdilmiş futbolçulardan ibarətdir. Dünyanın ən yaxşı üç yarımmüdafiəçisinə sahib olduğunuzu iddia etdiyiniz halda, 90 dəqiqə ərzində qol vurmaq üçün tək bir real imkan belə yarada bilmirsinizsə, bu nə dərəcədə doğrudur? Ronaldu matç boyunca rəqib cərimə meydançası daxilində dəfələrlə doğru açılışlar etdi, lakin bir dəfə də olsun ötürmə ala bilmədi. O, meydanda tamamilə tək qaldı nə bir cinah asması, nə də dəqiq pas ona çatdı.

Nə Bruno Ferneş, nə Ruben Neveş, nə də Vitinya bütün oyun ərzində Ronaldu üçün tək bir təhlükəli vəziyyət belə yarada bilmədilər. Heç biri! Üstəlik, özləri də fərqlənməyi bacarmadılar. Ronaldu oyun boyunca komanda yoldaşlarından heç bir dəstək almadı. Bruno Ferneş bu çempionatda Portuqaliyanın əsas ulduzu olmalı idi. Bəs o, reallıqda nə etdi? Düşünürəm ki, komandanın dörddəbir finala yüksələ bilməməsinin başılıca səbəbkarı elə Ronaldunun komanda yoldaşları oldu”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02