İspaniya millisi bütün oyunu hücumda keçirdi, qol vəziyyətləri yaratdı, oyuna diqtə etdi, lakin böyük üstünyülü nəticəyə çevirə bilmədi. Fiziki güc, intizam və soyuqqanlı müdafiə hedabaına mundialın debütantı qapısını qolsuz saxlaya bildi və vacib xal qazandı. İkinci hissənin gedişində Lamin Yamal, Olmo və Niko Uilyams kimi sürətli və texnikalı ulduzlar da döyüşə atıldı. İspanların hücumunda bunun sayəsində kombinasiyalı oyun və canlanma olsa da, oyunun ssenarisi dəyişmədi. Kabo-Verde futbolçuları intizamalı və taktikaya sadiq oyunu ilə heç bir avantüraya getmədən matçı istədikləri sonluğa daşıya bildi. Bu nəticəni çempionatın ilk sürprizi saymaq olar.
Dünya Kuboku, H qrupu, 1-ci tur
İspaniya – Kabo-Verde 0:0
Atlanta. “Mersedes Benz Staedium”.
Hakim: Adam Mahadmeh (İordaniya)
İspaniya: Simon, Loryente, Kubarsi, Laport, Kukurelya, Pedri, Rodri (Niko Uilyams, 87), Fabian Ruis (Merino, 71), Ferran Torres (Dani Olmo, 81), Oyarsabal, Qavi (Lamin Yamal, 71).
Kabo-Verde: Vozinya, Stiven Moreyra, Piku, Dini, S. L. Kabral (Joao Paulu, 76), Lenini, L. Duarte (D. Duarte, 61), Mendeş, Monteyru (Arkanju, 79), J. Kabral (Semedu, 61), Livramento (N. D. Kosta, 61).