Erhan Toker: “Məqsədimiz Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır”

09.07.26 | 00:16
Digər növlər

“Landau Layons” basketbol klubunun baş məşqçisi Erhan Toker Çempionlar Liqasının püşkünün nəticələrini qiymətləndirib. Bakı klubunun çalışdırıcısı təsnifat mərhələsindəki rəqibləri və qarşıda duran hədəflər barədə danışıb.

Klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis, ilk növbədə, ölkə basketbolunun avrokuboklardakı təmsilçiliyinə diqqət çəkib və təsnifatdakı rəqibləri Latviyanın VEF komandası ilə gözlənilən qarşıdurmanı şərh edib: “Çox şadam ki, yeni avromövsümdə Azərbaycanı 4 klub təmsil edəcək. Bu münasibətlə bütün komandalarımıza uğurlar arzulayıram. Əsas mərhələyə adlamağın asan olmayacağını yaxşı dərk edirik. Buna baxmayaraq, məqsədimiz təsnifat mərhələsində bütün maneələri aşaraq birinci yeri tutmaqdır. Əgər bu reallaşmasa, mübarizəni Avropa Kubokunda davam etdirəcəyik”.

Rəqibin oyun üslubuna da toxunan türkiyəli mütəxəssis, heyətlər tam formalaşmadıqdan sonra dəqiq təhlil aparmağın erkən olduğunu bildirib: “VEF zəngin avrokubok ənənələrinə sahibdir. Onlar həmişə sərt və fiziki baxımdan güclü basketbol nümayiş etdirirlər. Rəqib kimi, biz də hələ ki heyətimizi tam formalaşdırmamışıq. Bu səbəbdən onların indiki gücünü dəqiq qiymətləndirmək çətindir. Riqa təmsilçisinin heyəti tam bəlli olduqdan sonra daha detallı təhlillər aparacağıq”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02