Ayxan Abbasov: “Qələbə özünəinam üçün vacib idi, lakin əsas sınaq qarşıdadır”

27.03.26 | 22:59
Ölkə futbolu

“FIFA Series 2026” layihəsi çərçivəsində Sumqayıtda keçirilən Azərbaycan – Sent-Lusiya matçı millimizin böyük hesablı qələbəsi ilə başa çatdı (6:1). Tarixi hesablı qələbədən sonra yığma komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında oyunun gedişatı, tənqidlər və gələcək planlar barədə danışıb.

Baş məşqçi ilk növbədə əlverişsiz hava şəraitinə baxmayaraq tribunaları dolduran azarkeşlərə təşəkkürünü bildirib: “Belə havada futbol oynamaq hər iki komanda üçün çətin idi. Lakin futbolçularımda qələbə əzmi, konsentrasiya və bol qol vurmaq istəyi gördüm. Bu, komandada özünəinamın bərpası üçün çox vacib məqamdır. Heyətdə yeni simalar var idi və onlara şans vermək prioritetlərimizdən biridir”.

Abbasov qeyd edib ki, əvvəlki rəqiblərin daha güclü olması komandanın döyüşkənliyini artırıb: “Millinin oyunlarında nəticə hər zaman önəmlidir. İstər reytinq xalları, istərsə də statistik göstəricilər Millətlər Liqası öncəsi komandaya əlavə motivasiya verir”.

Matç boyu edilən çoxsaylı əvəzləmələrə aydınlıq gətirən mütəxəssis, bunun həm zədə riskini azaltmaq, həm də oyunçuları iş başında görmək məqsədi daşıdığını vurğulayıb: “Heyətdə sağlam rəqabət var. Bəzi oyunçular hazırda daha yaxşı formadadırlar. Bu gün hesab imkan verdiyi üçün bəzi aparıcı üzvlərə istirahət verdik, gəncləri yoxladıq. Hətta son 15 dəqiqəni tam fərqli sistemdə oynadıq ki, bu da bizim gələcək sınaqlar üçün taktiki hazırlığımızın bir hissəsidir”.

Son 24 saat ərzində ünvanına səslənən tənqidlərə toxunan Ayxan Abbasov, bunlara professional yanaşdığını bildirib: “Hər kəsin öz fikri var və hər kəsi məmnun etmək qeyri-mümkündür. Bu, milli komandadır, heyət açıqlananda müzakirələrin olması təbiidir. Bir şeyə əminəm ki, vicdanım təmizdir. Mən heç vaxt işimə qərəzli yanaşmamışam və yanaşmaram”.

6:1 hesablı qələbənin rekord kimi tarixə düşməsinə münasibət bildirən baş məşqçi, əsas hədəfin rəqəm deyil, oyun keyfiyyəti olduğunu qeyd edib: “Rekord barədə məlumatımız var idi, amma futbolçuların qarşısına xüsusi olaraq belə bir tələb qoymamışdıq. Biz sürətli oyun və bol qol istəyirdik. Bu qələbənin məhz mənim üçün doğma olan Sumqayıtda qazanılması isə ikiqat xoşdur. İstəyirik ki, milli komandamız mütəmadi olaraq regionlarda çıxış etsin”.

Xatırladaq ki, Azərbaycan millisi turnir çərçivəsində növbəti oyununu martın 30-da Syerra-Leone yığmasına qarşı keçirəcək. Baş məşqçinin sözlərinə görə, həmin matçda azarkeşlər daha fərqli və güclü rəqibə qarşı daha ciddi mübarizə aparan yığma görəcəklər.

Paylaş:

Xəbər Lenti

İspaniya Kabo-Verde səddində büdrədi

15.06.26 | 21:04

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24