Avropa çempionu olan pəhləvanlarımızın indi hədəfi mundialda qalib gəlməkdir

19.05.26 | 23:26
Digər növlər

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 yaş qrupu arasında sərbəst güləş üzrə Avropa çempionatı millimiz üçün tarixi uğurla yadda qalıb. Komandamız turniri 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən qızıl medalçılarımız yarışla bağlı təəssüratlarını və qarşıdakı hədəflərini bölüşüblər.

Çempionların dili ilə: “Hədəf Bakıda zirvəni fəth etməkdir”

Hüseyn Rzazadə (48 kq): “Çempionluq yolunda Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna idmançılarını məğlub etdim. Rəqiblərim arasında ən çətini finalda üz-üzə gəldiyim rusiyalı güləşçi idi. Bu qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirəm. Hazırda bütün diqqətimizi qarşıdan gələn ən böyük sınağa -Bakıda keçiriləcək dünya çempionatına yönəltmişik. Avropada qazandığım uğuru doğma azarkeşlərimizin önündə təkrarlamağa çalışacağam”.

İbrahim Həsənov (51 kq): “U-17 yaş qrupunda debütümü qızıl medalla qeyd etdiyim üçün çox xoşbəxtəm. Yarış yüksək səviyyədə keçdi. Bu nailiyyətdə əməyi olan məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. İndi əsas məqsədim Bakıdakı dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır. Dünya çempionatında əsas rəqiblərimdən birinin amerikalı güləşçi olacağını proqnozlaşdırıram”.

Nihad Süleymanlı (80 kq): “Yarış mənim üçün kifayət qədər ağır başladı. Gürcüstanlı rəqiblə ilk görüşdə zədə almağıma baxmayaraq, məqsədimdən dönmədim. Almaniya və Macarıstan təmsilçilərini məğlub edərək yarımfinala, oradan da rusiyalı rəqibimi keçərək finala yüksəldim. Finalda qardaş Türkiyəni təmsil edən Emirhan Çayırla görüş gərginliyi ilə yadda qaldı. Həyəcanıma qalib gələrək 10:0 hesablı parlaq qələbə qazandım və bayrağımızı Samokovda dalğalandırdım. Bu qələbəni xalqımıza həsr edirəm. Bakıda keçiriləcək dünya çempionatında İran və ABŞ idmançılarını əsas rəqiblərim hesab edirəm. Komanda olaraq hazırlıqlarımızı yüksək səviyyədə davam etdirəcəyik”.

Paylaş:

Xəbər Lenti

“Sabah” və “Neftçi”yə cərimə, aşağı liqalarda ağır sanksiyalar

21.05.26 | 01:25

Futbolda Şimali Amerika inqilabı: Qaydalar kökündən dəyişə bilər

20.05.26 | 16:19

Tahir Gözəl deyir akademiyada ardıcıl işlər gedir, Qurbanov isə gələcəkdən narahatdır

20.05.26 | 15:41

Azərbaycan millisinin rəqibi Malta ilkin heyətini açıqladı

20.05.26 | 14:22

Qazaxıstanda etiraz: “Sabah”ın kapitanı millidən niyə kənarda qaldı?

20.05.26 | 14:23

“Arsenal”ın 16 yaşlı ulduzu tarixə düşdü

20.05.26 | 14:26

İngiltərədə yeni çempion: «Toçular» 22 illik həsrətə son qoydu!

20.05.26 | 08:37

“Düşərgə qalmaqalı”: İngilislər mundiala öz döşəkləri ilə gedir

19.05.26 | 23:04

Avropa çempionu olan pəhləvanlarımızın indi hədəfi mundialda qalib gəlməkdir

19.05.26 | 23:26

AL-də mövsümün oyunu: Alman səddi, yoxsa Emerinin 5-ci möcüzəsi?

19.05.26 | 23:40

UEFA FİFA-nın yeni qaydalarına “yox” dedi

19.05.26 | 19:59

Braziliya DÇ üçün heyəti açıqladı: Zədəli ulduz mundiala gedir

19.05.26 | 18:39

Portuqaliya millisinin DÇ heyəti açıqlandı: Ronaldunun 6-cı mundialı və “27+1” formulu

19.05.26 | 18:13

“Kəpəz”in futbolçusu rekorda imza atdı

19.05.26 | 18:14

Məmmədyarov mundiala yollanır

19.05.26 | 17:02

“Şamaxı”nın müdafiəçisi Portuqaliyada əməliyyat olundu

19.05.26 | 12:25

“Sabah”ın Avropa elitasındakı rəqibləri: “Bayquşlar”ı ÇL-də kimlər gözləyir?

18.05.26 | 23:35

Ukrayna futbolunun tarixində ilk dəfə millinin sükanı əcnəbiyə tapşırıldı

18.05.26 | 23:28

Fransada azarkeş iğtişaşı: Baş məşqçi meydanda ağladı

18.05.26 | 23:34

Xorvatlar heyəti açıqladı

18.05.26 | 23:15