İngiltərədə yeni çempion: «Toçular» 22 illik həsrətə son qoydu!

20.05.26 | 08:37
Dünya futbolu

İngiltərə Premyer Liqasında çempionun adına aydınlıq gəlib. Sona bir tur qalmış səfərdə «Bornmut»la bərabərə qalan «Mançester Siti» bu mübarizədə «Arsenal»ı qabaqlamaq şansını itirib. Bu nəticə ilə meydan sahibi Bornmut» da tarixi uğura imza ataraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Mətbuatda yazdığına görə, baş məşqçi Pep Qvardiola mövsümün sonunda «Mançester Siti»də 10 illik fəaliyyətdən klubdan ayrılacaq.

Çempionatın bitməsinə cəmi iki tur qalmış lider «Arsenal»dan iki xal geri qalan «şəhərlilər»in səhv etmək limiti tükənmişdi. «Topçular»ın bazar ertəsi qazandığı qələbədən sonra Qvardiolanın komandası çempionluq ümidlərini son tura daşımaq üçün mütləq meydandan 3 xalla ayrılmalı idi. Lakin rəqib — Çempionlar Liqasına vəsiqə uğrunda gözlənilməz və inadkar mübarizə aparan «Bornmut» idi.

Matçın ilk dəqiqələrindən meydan sahiblərinin asanlıqla təslim olmayacağı bəlli oldu. Antuan Semenyonun vurduğu qol ofsayd səbəbindən ləğv edilsə də, «Bornmut» təzyiqi azaltmadı. Çox keçmədən, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahiblərinin 19 yaşlı istedadı Eli Junior Krupi möhtəşəm zərbə ilə qapının uzaq küncünü dəqiq nişan alaraq komandasını önə keçirdi.

İkinci hissəyə çıxan «Siti» futbolçuları çempionluq yarışında qalmaq üçün cəmi 45 dəqiqələrinin olduğunu yaxşı dərk edirdilər. Ancaq  uzun müddət hesab dəyişməz qaldı. Qvardiolanın ardıcıl əvəzetmələri də hücum xəttindəki kəsəri artıra bilmədi. Əksinə, matçın son hissəsində «Bornmut» daha təhlükəli görünürdü.Matçın 95-ci dəqiqəsində Erlinq Holand tarazlığı bərpa etsə də (1:1), bu gecikmiş qol «Mançester Siti»ni xilas etməyə bəs etmədi. Beləliklə, bu bərabərlikdən sonra Londonun «Arsenal» klubu düz 22 ildən sonra yenidən Premyer Liqanın çempionu titulunu rəsmən qeyd etdi.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46