AL-də mövsümün oyunu: Alman səddi, yoxsa Emerinin 5-ci möcüzəsi?

19.05.26 | 23:40
Dünya futbolu

Avropa Liqasında mövsümün ən böyük matçı, nəhayət, gəlib çatdı! İndiyədək bu titulu muzeyinə apara bilməyən iki iddialı komanda – “Frayburq” və “Aston Villa” İstanbulda, qitənin ən prestijli kuboklarından biri uğrunda həlledici döyüşə çıxır.

Almaniya təmsilçisi üçün bu oyun sadəcə bir final deyil, klub tarixinin ən şanlı səhifəsini yazmaq imkanıdır. İndiyədək Avropa Liqasında 1/16 final mərhələsindən uzağa gedə bilməyən və tarixində heç vaxt Çempionlar Liqasında çıxış etməyən “Frayburq”, İstanbulda bir oxla iki dovşan vurmaq niyyətindədir: həm ilk qitə kubokunu qazanmaq, həm də gələn mövsüm üçün ÇL-in qrup mərhələsinə birbaşa vəsiqəni cibinə qoymaq.

Komandanın baş məşqçisi Yulian Şuster final öncəsi iddialı və qətiyyətli danışıb: “Bu mərhələyə yüksəlmək artıq özlüyündə bir nailiyyətdir, lakin biz sadəcə finalda oynamaqla kifayətlənmək fikrində deyilik. Son addımı atmaq istəyirik. Tam qətiyyətliyik, komandadakı dəstək və həmrəylik hissi hər zamankından daha güclüdür”.

Birmingem təmsilçisi Avropa futbolunun ən köklü və titullu klublarından biridir. 1981/82 mövsümündə Çempionlar Liqasının sələfi sayılan Avropa Çempionları Kubokunu qazanan, aktivində 7 İngiltərə çempionluğu və 7 ölkə kuboku olan “Aston Villa”, uzun illərdən sonra yenidən zirvəyə qayıtmağa çox yaxındır. Premyer Liqada “Liverpul” üzərində qazanılan möhtəşəm qələbə sayəsində ilk beşliyi və ÇL vəsiqəsini turnirin bitməsinə az qalmış rəsmiləşdirən İngiltərə təmsilçisi, indi bütün diqqətini bu kuboku başı üzərinə qaldırmağa yönəldib.

İngilislərin finaldakı ən böyük gücü şübhəsiz ki, baş məşqçi Unay Emeri olacaq. Avropa Liqasının əsl mütəxəssisi sayılan bask mənşəli çalışdırıc  karyerasında artıq 6-cı dəfə bu turnirin finalında iştirak edəcək. Əvvəllər “Sevilya” ilə 3, “Vilyarreal” ilə isə 1 dəfə bu kuboku qazanan Emeri, həlledici oyun barədə bu sözləri deyib: “İstanbuldakı final xüsusi bir hadisədir. Bura qədər gəlib çatdığımız üçün qürur duymalıyıq. İndi bu prosesdən, hazırlıqdan və finalın özündən həzz almaq lazımdır. Lakin eyni zamanda rəqibə və bu matçın nə dərəcədə əhəmiyyətli olduğuna böyük hörmətlə yanaşmalıyıq”.

UEFA Avropa Liqası, final

20 may 23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)

Hakim: Fransua Leteksye (Fransa)

Məkan: İstanbul, “Beşiktaş” stadionu

Canlı yayım: İctimai TV, TRT 1

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46