Fransada azarkeş iğtişaşı: Baş məşqçi meydanda ağladı

18.05.26 | 23:34
Dünya futbolu

Fransa Liqa 1-in son turu böyük qalmaqalla başa çatıb. “Nant”ın baş məşqçisi Vahid Xalilhodjiç tribunalardakı “yanğını” söndürə bilmədiyi üçün paltardəyişmə otağında göz yaşlarına hakim ola bilməyib. Təcrübəli mütəxəssis baş verənləri “Sanki dünya başıma uçdu” sözləri ilə ifadə edib. 

“Nant” və “Tuluz” arasında keçirilən ev oyunu birinci hissənin ortalarında dayandırılıb. “Nant”ın qapısı arxasında yerləşən maskalı fanatlar meydana pirotexniki vasitələr atdıqdan sonra qoruyucu çəpərləri yararaq yaşıl meydançaya axışıblar.

Futbolçular dərhal “Stad de la Bojuar” stadionunun tunelinə tərəf qaçaraq canlarını qurtarsalar da, “Nant”ın sükanı arxasında olan Xalilhodjiç təkbaşına aqressiv kütlənin qarşısına çıxıb və onları sakitləşdirməyə çalışıb.

Lakin Xalilhodjiçin bu fədakarlıq cəhdi heç bir nəticə verməyib. Onu güclə hadisə yerindən uzaqlaşdırıblar. Az sonra “Nant”ın paltardəyişmə otağından yayılan fotoda təcrübəli məşqçinin ağladığı əks olunub. Matçdan sonrakı mətbuat konfransında da Xalilhodjiç daxili sarsıntısını gizlədə bilməyib: “Bu, sadəcə rüsvayçılıqdır. Deməyə başqa söz tapa bilmirəm, çox kədərlidir.”

Xalilhodjiçin klubdakı gələcəyi bu oyundan əvvəl artıq bəlli idi – o, postunu tərk edəcəkdi. Təcrübəli çalışdırıcı klubdakı karyerasını ləyaqətli şəkildə başa vurmaq istəsə də, hadisələr tam fərqli məcrada cərəyan etdi: “Mənə elə gəldi ki, bütün dünya üzərimə çökür”.

RMC Sport-un məlumatına görə, bu qalmaqalı arxasında klubun radikal ultras qrupu olan “Brigade Loire” dayanır. Bildirilir ki, azarkeşlər hələ matç başlamazdan əvvəl “Nant”ın sahibi Valdemar Kitanın istefası tələbi ilə aksiya keçiriblər, isinmə hərəkətlərinə zamanı isə ğz futbolçularını fitə basıblar. 

Paylaş:

Xəbər Lenti

“Sabah”ın Avropa elitasındakı rəqibləri: “Bayquşlar”ı ÇL-də kimlər gözləyir?

18.05.26 | 23:35

Ukrayna futbolunun tarixində ilk dəfə millinin sükanı əcnəbiyə tapşırıldı

18.05.26 | 23:28

Fransada azarkeş iğtişaşı: Baş məşqçi meydanda ağladı

18.05.26 | 23:34

Xorvatlar heyəti açıqladı

18.05.26 | 23:15

TV PROQRAM

18.05.26 | 23:14

“Beşiktaş”da Sergen Yalçın dövrü başa çatdı

18.05.26 | 23:26

“Araz-Naxçıvan” ölkə çempionu oldu

18.05.26 | 23:27

“Neftçi” və “Turan-Tovuz”un potensial rəqibləri bəlli olur

18.05.26 | 23:12

Qurban Qurbanov ilk transferini etdi: “7 nömrə”nin yeni sahibi bəlli oldu

18.05.26 | 19:52

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri bəlli olur

18.05.26 | 18:47

Qrizmann “Atletiko” ilə vidalaşdı: “Böyük bir səhv etdiyimi anladım”

18.05.26 | 15:55

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00