“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23
Dünya futbolu

“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın mümkün gedişinə qarşı hərəkətə keçib. Məşhur insayder Nikolo Şiranın “X” sosial şəbəkəsində paylaşdığı eksklüziv məlumata görə, “şəhərlilər” kataloniyalı mütəxəssisin varisini artıq müəyyənləşdirib.

Qvardiolanın “Mançester Siti” ilə sözləşməsi 2027-ci ilə qədər olsa da, kataloniyalı mütəxəssisin bu müddəti sonadək tamamlayacağı böyük sual doğurur. Gözlənilməz gediş ssenarilərinə qarşı hərəkətə keçən klub rəhbərliyi isə işi şansa buraxmaq niyyətində deyil – alternativ variantlar artıq masadadır.

Son gələn xəbərlərə görə, Mançester təmsilçisi “Çelsi”nin baş məşqçisi Entso Mareska ilə masaya oturub və tam razılıq əldə edib. Müqavilənin müddəti 2028-ci ilə qədər (bir il uzadılmaq şərtilə) nəzərdə tutulub. Şira klub daxilindən aldığı məlumatı bu sözlərlə bölüşüb: “Mareska ilə “Mançester Siti” arasında 2028-ci ilə qədər müqavilə razılığı var. Klub “Çelsi”nin sabiq baş məşqçisini Qvardiolanın birbaşa xələfi kimi təyin edib. İndi hər şey Pepin verəcəyi qərardan asılıdır. Mareska isə hazır vəziyyətdə gözləyir”.

Premyer Liqada mövsümün finalına cəmi bir tur qalmış çempionluq yarışı gərginliyini qoruyur. “Mançester Siti” hazırda lider “Arsenal”dan iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb və titul taleyini son oyunlar həll edəcək.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46