Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32
Dünya futbolu

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı keçirilən məhkəmə prosesi gözlənilməz qalmaqal üzündən yenidən dayandırılıb. İş üzrə çıxış edən iki vəkil arasında yaranan mübahisə az qala davaya çevrilib.

Futbol dünyasını sarsıdan Maradonanın 2020-ci ildəki ölümündən sonra ədalət mühakiməsi ləng də olsa, yekun qərar verməyə çalışır, lakin proses davamlı olaraq maneələrlə üzləşir. Xatırladaq ki, 2025-ci ildə üç hakimin işdən imtina etməsi səbəbindən ilkin məhkəmə prosesi təxirə salınmışdı. Bu ilin əvvəlində yenidən başlayan məhkəmə iclası isə çərşənbə axşamı baş verən qalmaqala görə yenidən yarımçıq qalıb.

“Buenos Aires Times” nəşrinin məlumatına görə, insident vəkillər Fernando Burlando və Fransisko Oneto arasındakı kəskin qarşıdurmadan sonra yaşanıb.

Bildirilir ki, məhkəmə iclası zamanı Maradonanın iki qızının hüquqlarını müdafiə edən Burlando, təqsirləndirilən şəxsin vəkili Onetonu ələ salıb. Bu addım tərəflər arasında şiddətli söz davasına çevrilib. Nəticədə məhkəmə prosesi dayandırılıb və zal boşaldılıb. Lakin vəkillərin qəzəbi bununla da soyumayıb. Dəhlizə çıxan tərəflər burun-buruna gələrək yüksək səslə mübahisəni davam etdiriblər:

Burlando: “Mən elə buradayam. Nə edəcəksən?!”

Oneto:Sən lənət olası təlxəksən!”

Burlando: “Sən isə axmaqsan!”

Söz davasının fiziki qarşıdurmaya çevrilməsinin qarşısını isə dərhal araya girən prokuror və polis əməkdaşları alaraq tərəfləri sakitləşdiriblər. Mənbənin yazdığına görə, hələ məhkəmənin aprel ayında başlayan hissəsindən etibarən bu iki vəkil arasında qatı rəqabət mövcuddur.

Xatırladaq ki, prosesdə Maradonanın keçmiş tibb heyətinin 7 üzvü əfsanəvi futbolçunun həyatının son günlərində ona lazımi qayğı göstərməməkdə (səhlənkarlıqda) ittiham olunur. 2020-ci ilin noyabrın 25-də, 60 yaşında vəfat edən əfsanənin ailəsinin iddialarına görə, ona vaxtında və düzgün tibbi nibbi yardım göstərilsəydi, dünyasını dəyişməzdir. Təxirə salınmalar fonunda məhkəmə prosesinin ən azı avqustun sonuna qədər davam edəcəyi gözlənilir.

Paylaş:

Xəbər Lenti

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Argentina dramatik oyunun sonunda qələbə qazanaraq finala çıxdı

16.07.26 | 01:55

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26