“Şamaxı” yay transfer pəncərəsində heyətini yeni legionerlə gücləndirib. Bölgə təmsilçisi israilli yarımmüdafiəçi David Deqo ilə anlaşıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı xavbeklə “1+1” formatında (1 il və daha 1 il uzadılma opsiyası ilə) müqavilə imzalanıb. Deqonun son komandası İsrailin “İroni Modiin” klubu olub.