Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36
Dünya futbolu

Gələcəyi barədə danışan Joze Mourinyo “Real” iddialarını təkzib etd və masada yeni müqavilənin olduğunu söyləyib. Dünya futbolunun ən xarizmatik və qalmaqallı məşqçilərindən olan Mourinyo gələcək karyerası ilə bağlı səssizliyini pozub. Təcrübəli mütəxəssis mətbuatda geniş əks-səda doğuran və onun yenidən “Real”ın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“Kral Klubu”na qayıdacağı barədə iddiaları təkzib edən portuqaliyalı çalışdırıcı, hazırda İspaniya nəhəngi ilə heç bir rəsmi danışıq aparmadığını qətiyyətlə vurğulayıb. Bununla belə, portuqaliyalı strateq gələcək planlarından danışarkən karyerasını ölkəsində davam etdirə biləcəyinin siqnalını verib. “Special One” (Xüsusi biri),  böyük hörmət bəslədiyi “Benfika” rəhbərliyindən müqavilə müddətini uzatmaq barədə rəsmi təklif aldığını bəyan edib.

Xatırladaq ki, “Benfika” geridə qalan mövsümü məğlubiyyətsiz başa vursa da, turnir cədvəlində yalnız 3-cü yeri tutub. Gələcəyə nikbin baxdığını gizlətməyən Mourinyonun növbəti dayanacağının hara olacağı isə hələ də böyük maraq və qeyri-müəyyənlik doğurur.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07