“Sabah” basketbol komandasında baş məşqçi postuna yeni təyinat gerçəkləşir. Litva mediasının məlumatına görə, Bakı təmsilçisini bundan sonra Lazar Spasiç çalışdıracaq. O, bir müddət əvvəl klubla yollarını ayıran Rimas Kurtinaytisin yerini tutacaq.
Serbiyalı mütəxəssislə müqavilənin detallarının tamlaşdırıldığı və rəsmi bəyanatın yaxın vaxtlarda veriləcəyi bildirilir.
Lazar Spasiç “Sabah”a gəlməmişdən öncə Almaniyanın “Oldenburq” klubunda fəaliyyət göstərib. Təcrübəli baş məşqçi, eyni zamanda öz ölkəsində bir sıra yerli klubların uğurları üçün çalışıb.