Bolqarıstanın Samakov şəhərində keçirilən 17 yaşadək yeniyetmələrin Avropa çempionatı davam edir.
Yarışın növbəti günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxıb. Təmsilçilərimiz günü 2 medalla başa vurublar. Bütün rəqiblərinə qalib gələn Hüseyn Rzazadə (48 kq) Avropa çempionu adını qazanıb. Abbas Şafiyev (55 kq) turniri bürünc medalla başa vurub.
Günün növbəti seansında daha 3 pəhləvanımız medal mübarizəsini davam etdirəcək. Rəşid Nəzərov (65 kq) və Nihad Süleymanlı (80 kq) qızıl medal üçün final sınağına çıxacaqlar. Hakim Tağıyev (110 kq) isə bürünc medal uğrunda təsəlli görüşündə qüvvəsini sınayacaq.
Çempionat çərçivəsində daha 5 sərbəst güləşçimiz mübarizəyə qoşulub: Tunar Həsənov (45 kq), İbrahim Həsənov (51 kq), Vahid Məmmədov (60 kq), Tunar Quliyev (71 kq) və Elgün Kərimli (92 kq).
Bu qrupdan İbrahim Həsənov ardıcıl qələbələrlə finala yüksəlməyi bacarıb. Digər təmsilçilərimizdən T.Həsənov, V.Məmmədov və E.Kərimli 1/4 finalda, T.Quliyev isə startda məğlub olaraq yarışı vaxtından əvvəl başa vurublar.