Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16
Ölkə futbolu

Premyer Liqanın XXXII turunda doğma azarkeşləri önündə “İmişli”ni  böyük hesabla məğlub edən “Qarabağ” növbəti mövsümdə Avropa Liqasına vəsiqəni rəsmən nağdlaşdırdı.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında media mənsublarının qarşısına çıxan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov, həm matçı dəyərləndirdi, həm də transfer pərdəarxası, zədəlilərin son durumu və müqaviləsi bitən futbolçularla bağlı maraqlı məqamlara aydınlıq gətirdi.

Təcrübəli mütəxəssis ilk növbədə komandasını təbrik edərək rəqibin müqavimətini xüsusi vurğuladı: “Futbolçularımı təbrik edirəm, bizim üçün çox vacib qələbə idi. Bu nəticə ilə Avropa Liqasına vəsiqəni təmin etdik. Bəlkə də oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Çünki qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir komanda var idi. Hesabın 3:0 olmasına baxmayaraq, hər şeyin bizim üçün tamamilə qaydasında getdiyini deyə bilmərəm. Amma komandada motivasiya yüksək səviyyədə idi və məhz bunun sayəsində qələbəni təmin etdik. Stadionda bizi dəstəkləyən hər kəsə minnətdaram. “İmişli”yə də təşəkkür düşür, Premyer Liqada ilk mövsümləri olmasına baxmayaraq, çox yaxşı çıxış etdilər”.

Transfer şayiələrinə toxunan Qurbanov, Kipr çempionatından futbolçu alınacağı ilə bağlı yayılan xəbərləri tam təsdiqləməsə də, prosesin davam etdiyini gizlətmədi:“Hələ ki rəsmi olaraq heç kimlə razılığa gəlməmişik. Düzdür, hazırda bir çox futbolçu ilə danışıqlarımız davam edir. Amma bəzi oyunçular mövsümün sonunu gözləyir, bəziləri isə hələ də təklifimiz barədə düşünür”.

Komandanın Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etməsinin transferlərə təsiri barədə danışan baş məşqçi, maraqlı bir reallığı ortaya qoydu: “Məncə, bunun ciddi bir təsiri yoxdur. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. İndi Avropanın ortabab ölkələrinin klublarında belə şərait o qədər yaxşılaşıb ki, futbolçular Azərbaycana gəlməyə çox da isti yanaşmırlar”.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41