Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Gürcüstanın Batumi şəhərində keçiriləcək qadınlar arasında fərdi Avropa çempionatının start vərəqində ilk beşlikdə qərarlaşıb.
2450 reytinq xalına malik 30 yaşlı qrossmeysterimiz bu göstərici ilə turnirin 4-cü nömrəsidir. Yarışın favoritlərinin ilk üçlüyündə isə müvafiq olaraq Nino Batsiaşvili (Gürcüstan, 2475), Stavrula Tsolakidu (Yunanıstan, 2455) və Yuliya Osmak (Ukrayna, 2451) yer alıblar.
Qitə birinciliyində ölkəmizi 12 şahmatçıdan ibarət heyət təmsil edəcək. Ümumilikdə 168 zəka sahibinin gücünü sınayacağı turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Mayın 25-də start götürəcək böyük rəqabətə iyunun 5-də yekun vurulacaq.