Azərbaycan Premyer Liqasında 32-ci turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. Eyni saatda start götürən matçların nəticələrinə əsasən, turnir cədvəlinin 2-ci və 3-cü yerlərinin sahibləri rəsmən müəyyənləşib. Şamaxıda qol dueli, paytaxtda isə Ağdam təmsilçisindən növbəti darmadağını qeydə alınıb.
Günün ən gərgin və dramatik mübarizəsi Şamaxı şəhər stadionunda yaşanıb. Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında Qurban Berdiyevin rəhbərlik etdiyi “Turan-Tovuz”u qəbul edib.
Matça fırtına kimi başlayan meydan sahibləri ilk hissədəcə Ağcabəyov və Balaunun qolları ilə iki top üstünlük qazansalar da, tovuzlular ikinci hissədə geri dönüş etməyi bacarıblar. İbrahima Vacinin meydana daxil olması ilə hücumda canlanan qonaqlar Serrano ilə hesabı bərabərləşdirsələr də, son sözü rəqib qapısına qələbə qolunu vuran Abdulla Rzayev deyib.
“Qarabağ” “Qarabağ” doğma meydanda “İmişli”ni sınağa çəkib. İlk hissədə qonaqların müqavimətini qıra bilməyən Qurban Qurbanovun komandası, ikinci hissəyə qol silsiləsi ilə başlayıb. 47-ci dəqiqədə Kamilo Duran pərdəni açıb, ardınca qazanılan penaltini dəqiq yerinə yetirən “Qarabağ” fərqi ikiyə çıxarıb. Matçda son nöqtəni isə komandanın liderlərindən olan Abdellah Zubir qoyub – 3:0.
Bununla da növbəti mövsümdə “Qarabağ”ın UEFA Avropa Liqasında, “Turan Tovuz”un isə Konfrans Liqasında çıxış edəcəyi dəqiqləşib.
“Şamaxı” – “Turan Tovuz” 3:2 (2:0)
Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Diogo Balau, 28 (2:0), İbrahima Vaci, 65 (2:1), Alejandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2).
Baş hakim: Rəvan Həmzəzadə
“Şamaxı”: R. Fernandes, A. Ağcabəyov (k), A. Rzayev, O. Məmmədov, R. Abbasov, K. Rossi, V. Veremeev, D. Balau (E. Süleymanov, 90+1), R. Apolinario, Sezar, E. Adılxanov (H. İsmayılov, 69).
“Turan-Tovuz”: S. Samok, R. Sadıxov (İ. Vaci, 46), X. Nəcəfov (R. Olabe, 61), A. Hüseynov (F. Ozobiç, 46), R. Miller, E. Silva (D. Tavares, 86), A. Serrano, Jo Batista, E. Hakman (k) (M. Mampasi, 61), Jorje Silva, X. Urtado.
Sarı vərəqələr: X. Nəcəfov, 35. R. Miller, 56. R. Olabe, 65. O. Məmmədov, 68. A. Rzayev, 90+4.
“Qarabağ” – “İmişli” — 3:0 (0:0)
Qollar: Kamilo Duran, 47 (1:0), Marko Yankoviç, 66-pen. (2:0), Abdellah Zubir, 78 (3:0).
Baş hakim: Emin Əliyev
“Qarabağ”: M. Kohalski, T. Bayramov (J. Nyali, 83), A. Zubir (k), K. Medina, M. Yankoviç (H. Cəbrayılzadə, 83), Kadi (A. Kaşuk, 46), Mateus Silva, D. Bolt, L. Andrade (E. Addai, 76), P. Bikalyo, K. Duran (R. Şeydayev, 83).
“İmişli”: H. Quliyev, A. Salahlı (k), İ. İnqilablı, M. Tahirov (T. Yusifli, 75), V. Qanbarov (N. Hüseynov, 75), R. Vieqas, E. Banqera, D. Kardozu (X. Mahmudov, 85), E. Morqan (Y. Mozes, 59), Juninyu (A. Ağazadə, 85), X. İsayev.
Sarı vərəqələr: M. Silva, 34. Juninyu, 41. A. Kaşuk, 84.