Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46
Dünya futbolu

Kriştianu Ronaldo karyerasında növbəti ağrılı məğlubiyyətlərdən birini yaşayıb. Portuqaliyalı superulduzun çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasının finalında Yaponiya “Qamba Osaka”sına minimal hesabla uduzub. Matçın başa çatdığını bildirən fitdən dərhal sonra ulduz futbolçunun nümayiş etdirdiyi davranışlar isə böyük rezonans doğurub və idman ictimaiyyətinin ciddi narazılığına səbəb olub.

Bu, Ronaldo üçün “Əl-Nəsr” forması altında növbəti məyusedici final oyunudur. Belə ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanına köçdüyü vaxtdan bəri rəsmi turnirlərdə artıq dördüncü finalında məğlubiyyət acısı dadır. Klubun böyük investisiyalarına və yüksək gözləntilərə rəğmən, Ronaldo hələ də “Əl-Nəsr”lə heç bir böyük və nüfuzlu titula sahib çıxa bilməyib. Onun Səudiyyə Ərəbistanı karyerasındakı yeganə uğuru 2023-cü ildə qazanılmış Ərəb Klublarının Çempionlar Kuboku olaraq qalır. Ronaldo üçün uğursuzluq zolağına son qoymaq şansı mayın 21-də yaranacaq.

Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu turunda “Əl-Nəsr” “Damak” komandası ilə qarşılaşacaq. Bu oyunda ölkə çempionluğu və Ronaldonun Səudiyyə Ərəbistanındakı ilk rəsmi çempionluq titulu həll oluna bilər. Hazırda komanda üzərindəki təzyiq maksimum həddədir, çünki bu oyundakı xal itkisi birbaşa rəqib “Əl-Hilal”ın çempionluq yolunu aça bilər.

Paylaş:

Xəbər Lenti

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20