Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32
Ölkə futbolu

Futbol üzrə Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis qələbəni şərh edib, rəqiblərin oyununa toxunub və mövsüm boyu qarşılaşdıqları çətinliklərdən danışıb.

Qələbəyə baxmayaraq, komandasının psixoloji baxımdan çətin bir dövrdən keçdiyini vurğulayan Sadıqov futbolçularına təşəkkür edib: “İlk növbədə futbolçularımı təbrik edirəm. Bu gün oyuna köklənmək bizim üçün çox çətin idi. Çünki cəmi üç gün əvvəl Kubokda “Sabah”la matçda ağır məğlubiyyətlə üzləşmişdik. Buna baxmayaraq, oyunçular tapşırıqlarımızı nəzərə alaraq ilk dəqiqədən son saniyəyə qədər meydanda əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Demək olar ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı da bu gün möhtəşəm çıxış etdi”.

Baş məşqçi turnir cədvəlindəki birbaşa rəqibləri olan “Sabah”ın “Neftçi”yə qarşı keçirdiyi oyunun (1:2) start heyəti ilə bağlı maraqlı etiraf edib: “Gizlətməyəcəyəm, heyətlər oyundan bir saat əvvəl bəlli olur. Açığı, “Sabah”ın start heyətini görəndə bir az məyus oldum (gülür). Əlbəttə, bu, rəqabətdir. Biz də istəyirik ki, yarışdığımız komandalar xal itirsinlər. “Neftçi”ni ürəkdən təbrik edirəm. Xüsusilə çempionatın sonuna yaxın meydanda əsl mübarizə nümayiş etdirdilər. Avrokuboklara vəsiqəni layiqincə qazandılar. Beynəlxalq arenada “Neftçi”yə və bütün klublarımıza uğurlar arzulayıram. Amma suala qayıtsaq, bəli, heyəti görəndə ilk təəssüratım məyusluq oldu”.

Matçdan sonra azarkeşlərlə yaşanan müzakirələrə aydınlıq gətirən Rəşad Sadıqov klubun daxili ab-havasından söz açıb: “Biz mübahisə etmirdik, sadəcə müzakirə aparırdıq. Bilirsiniz ki, “Zirə”nin elə də çox azarkeşi yoxdur, bir çoxunu şəxsən, üzdən tanıyıram. Artıq 6 ildir buradayam. Erenlə bağlı bir sual verildi, mən əvvəlcə tam anlamadım. Sonra düşündüm ki, yəqin söhbət Kubok matçında (və ya həlledici oyunda) Ereni erkən əvəzləməyimizdən gedir. İssa və Eren zədəli idilər, bunu mətbuat konfranslarında da demişdim. Belə olmasaydı, hansı məşqçi Eren kimi oyunçunu meydandan çıxarmaq istəyər? Müzakirəmiz bununla bağlı idi”.

Sadıqov “Zirə”nin son illərdəki sabit çıxışını yüksək qiymətləndirsə də, legioner limiti ilə bağlı qərardan gileylənib: “Azarkeşlərimiz maksimalistdirlər, hər zaman qələbə istəyirlər. Biz son 3 ildə daxili turnirlərdə 4 dəfə ikinci pilləni tutmuşuq (Premyer Liqa və ölkə kubok nəzərdə tutulur). Bu, “Zirə” kimi klub üçün çox böyük nəticədir. Lakin bizim üçün bu mövsümün ən mənfi məqamı legioner limitinin dəyişdirilməsi oldu. Bu dəyişiklik planlarımızı alt-üst etdi və bizə ciddi problemlər yaratdı. Bunu mövsümboyu hiss etdik. Ardıcıl zədələr, heyətdəki itkilər, gedən oyunçular… Açığı, bu gedişatla mövsümü 6-cı və ya 7-ci pillədə başa vursaydıq belə, təəccüblənməzdim. Amma sonadək döyüşən klub rəhbərliyinə, komandama və azarkeşlərimizə təşəkkür edirəm. Çempionluq və ya daha böyük hədəflər üçün əlimizdən gələni etdik, bəzi məqamlarda sadəcə alınmadı”.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07