Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48
Digər növlər

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələrin (U-17) Avropa birinciliyinə yekun vurulub. Yarışın son günündə Azərbaycanın sərbəst güləş yığması aktivinə daha iki medal yazdırıb.

Xalçaya çıxan təmsilçilərimizdən İbrahim Həsənov (51 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Avropa çempionu tituluna sahib olub.

Digər pəhləvanımız Tunar Həsənov (45 kq) isə bürünc medal uğrunda həlledici görüşü qələbə ilə başa vuraraq yarışı üçüncü pillədə tamamlayıb.

Milli komandamızın digər üzvü Elgün Kərimli (92 kq) də bürünc medal qazanmağa yaxın olsa dı, həlledici qarşılaşmada rəqibinə məğlub olaraq turniri 5-ci sırada bitirib.

Bu nəticələrdən sonra Azərbaycan millisi Avropa birinciliyini ümumilikdə 15 medalla başa vurub. Yeniyetmə güləşçilərimiz vətənə 4 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdırlar.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07