Portuqaliya millisinin DÇ heyəti açıqlandı: Ronaldunun 6-cı mundialı və “27+1” formulu

19.05.26 | 18:13
Dünya futbolu

 Futbol üzrə Portuqaliya milli komandası dünya çempionatında iştirak edəcək yekun heyətini ictimaiyyətə təqdim edib.

Yığmanın baş məşqçisi Roberto Martinesin seçdiyi heyətdə komandanın 41 yaşlı superulduzu Kriştianu Ronaldunun da yer alması gözlənilən idi. Bu, əfsanəvi hücumçunun karyerasında qatılacağı sayca 6-cı ьгтвшфд olacaq və o, futbol tarixində növbəti rekord imza atacaq.

Roberto Martines mundial üçün 4 qapıçıya dəvət göndərib. Lakin mütəxəssis aydınlıq gətirib ki, qapıçılardan Rikardu Velyu ehtiyat oyunçular skamyasında əyləşməyəcək, yalnız məşq prosesində komandaya kömək edəcək.

Heyətin təqdimatında xüsusi diqqət çəkən məqam isə “27+1” formulu olub. Buradakı “+1” simvolu ötən il avtoqəzada faciəvi şəkildə həyatını itirmiş futbolçu Dioqo Jotanın xatirəsinə ehtiram əlamətidir.

Portuqaliya millisinin tam heyəti

Qapıçılar: Dioqu Koşta, Ruy Silva, Joze Sa, Rikardu Velyu.

Müdafiəçilər: Joau Kanselu, Dioqu Dalot, Ruben Diaş, Qonsalu İnasiu, Renatu Veyqa, Tomas Arauju, Nunu Mendeş, Mateus Nunyeş, Nelson Semedu.

Yarımmüdafiəçilər: Brunu Fernandes, Bernardo Silva, Joau Neveş, Vitinya, Ruben Neveş, Samu Koşta.

Hücumçular: Fransisku Trinkan, Rafael Lean, Qonsalu Ramos, Kriştianu Ronaldu, Joau Feliks, Pedro Neto, Fransisku Konseysao, Qonsalu Gedeş.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09