“Sabah” və “Neftçi”yə cərimə, aşağı liqalarda ağır sanksiyalar

21.05.26 | 01:25
Ölkə futbolu

AFFA-nın İntizam Komitəsi növbəti iclasında Azərbaycan futbolunda baş verən son oyunların nəticələri və qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

İclasda ən ağır cəza “Sabah” klubuna verilib. “Bayquşlar”ın futbolçusu Joy-Lance Mickelsin aqressiv davranışına görə birbaşa qırmızı vərəqə alması klubun 3000 manat cərimələnməsinə səbəb olub. Oyunçunun özü isə 2 oyunluq cəzalandırılıb (1 oyun şərti olmaqla, 6 ay sınaq müddəti ilə).

“Neftçi” klubu isə yarımmüdafiəçisi Emil Səfərovun ikinci sarı vərəqə ilə meydandan qovulması səbəbindən 500 manat cərimələnib. Futbolçu avtomatik olaraq 1 oyunluq diskvalifikasiya edilib.

“Turan-Tovuz” “Şamaxı” ilə matçda komanda üzvlərinin çoxsaylı sarı vərəqə alması səbəbindən 700 manat cərimə ödəməli olacaq.

Aşağı liqalarda keçirilən oyunlarda da intizam qaydalarına riayət olunması diqqətdə saxlanılıb. I Liqanın 26-cı turunda qeydə alınan müxtəlif qayda pozuntularına görə klublar ümumilikdə 1230 manat cərimələnib.

II Liqanın 27-ci turunda isə vəziyyət daha ciddi xarakter alıb. Turun yekunlarına görə klublara ümumilikdə 7460 manat cərimə kəsilib. Xüsusilə “Araz-Saatlı” və “Kür-Araz” komandaları arasında keçirilən matçda baş verən xoşagəlməz hadisələr ciddi nəticələrə yol açıb. Hər iki komanda 3770 və 2500 manat məbləğində cərimələnib, hər iki tərəfə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə, “Kür-Araz” klubu yeni mövsümdə keçirəcəyi növbəti 5 ev oyununda azarkeşsiz oynamaq cəzası alıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46