Braziliya millisinin yayda start götürəcək dünya çempionatı üçün yekun heyəti bəlli olub. Turnir öncəsi əsas müzakirə mövzusu olan Neymarın komandada yer alıb-almayacağı məsələsinə nöqtə qoyulub.
“Sambaçılar”ın baş məşqçisi Karlo Ançelotti rəsmi mətbuat konfransında heyəti açıqlayarkən hər kəsin diqqəti kapitanın verəcəyi qərarda idi. Təcrübəli mütəxəssis Neymarın adını çəkəndə zalda gurultulu alqışlar qopub.
Ötən il Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq vətəninə – “Santos”a qayıdan Neymar, payız və qış aylarında ağır zədələrlə mübarizə aparmalı olub. O, yaşıl meydanlara döndükdən sonra çempionatda forma geyidiyi 8 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Heyətdə Vinisius Junior və Rafinya kimi ulduzların olmasına baxmayaraq, Ançelotti təcrübəli hücumçuya güvənib. Bu, Neymarın karyerasında dördüncü nundial olacaq.
Braziliya millisində ciddi zədə itkiləri də diqqət çəkir. Gözlənildiyi kimi, müalicəsi davam edən Eder Militao, Rodriqo, Joelinton, Estevao və Murilyo heyətdən kənarda qalıblar. “Çelsi”nin hücumçusu Joao Pedronun siyahıya daxil edilməməsi isə heyətdəki ən böyük sürpriz sayılır. Komandada yerli liqadan da bir neçə oyunçuya şans verilib.
“Selesao” mundial yürüşünə iyunun 14-də Mərakeşə qarşı keçiriləcək matçla başlayacaq.
Braziliya millisinin heyəti:
Qapıçılar: Alisson (“Liverpul”), Ederson (“Mançester Siti”), Veverton (“Palmeyras”).
Müdafiəçilər: Aleks Sandro, Bremer, Danilo (hər üçü “Yuventus”), Duqlas Santos (“Zenit”), Qabriel Maqalaynş (“Arsenal”), İbanyes (“Əl-Əhli”), Leo Pereyra (“Flamenqo”), Markinyos (PSJ”), Uesli (“Flamenqo”).
Yarımmüdafiəçilər: Bruno Qimaraeş (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Danilo S., Fabinyo (“Əl-Ittihad”), Lukas Paketa (“Vest Hem”).
Hücumçular: Neymar (“Santos”), Vinisius Junior (“Real”), İqor Tyaqo (“Brentford”), Endrik (“Real”), Qabriel Martinelli (“Arsenal”), Luis Enrike (“Botufoqo”), Mateus Kunya (“Vulverhempton”), Rafinya (“Barselona”), Rayan (“Vasko da Qama”).