UEFA FİFA-nın yeni qaydalarına “yox” dedi

19.05.26 | 19:59
Dünya futbolu

UEFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi və FİFA-nın dəstəklədiyi yeni qaydaların tətbiqindən imtina edib. İyunun 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, oyunçular iki xüsusi halda – rəqiblə mübahisə zamanı ağzını örtmək və hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk etmək – birbaşa qırmızı vərəqə ilə cəzalandırılmalı idi. Lakin UEFA bu qaydaların öz bayrağı altında keçirilən turnirlərdə, o cümlədən Çempionlar Liqasında tətbiq olunmayacağını bəyan edib.

FİFA-nın bu sərt tədbirləri tətbiq etməsinə cari ildə baş vermiş iki qalmaqallı hadisə səbəb olub. Bunlardan birincisi ÇL matçında “Real”in futbolçusu Vinisius Juniorun “Benfika”lı Canluka Prestiannini irqçilikdə ittiham etdiyi epizoddur. Həmin vaxt Prestianninin sözlərini gizlətmək üçün ağzını forması ilə örtməsi böyük müzakirələrə yol açmış və nəticədə futbolçu 6 oyunluq (3-ü şərti olmaqla) cəzalandırılmışdı.

İkinci insident isə Afrika Millətlər Kubokunun finalında qeydə alınıb. Seneqal millisinin oyunçuları rəqibin xeyrinə verilmiş penalti qərarına etiraz olaraq meydanı 15 dəqiqə tərk etmişdilər. Seneqal əlavə vaxtda 1:0 hesabı ilə qələbə qazansa da, Afrika Futbol Konfederasiyası (CAF) sonradan maraqlı qərar qəbul edərək, Mərakeşə 3:0 hesablı texniki qələbə vermişdi.

UEFA hazırda bu qaydaları tətbiq etməkdə tələsmir. Qurum yeni qaydaların futbola təsirini mundialda müşahidə etdikdən sonra gələcək addımları nəzərdən keçirməyi planlaşdırır. Milli çempionatlar, bu dəyişiklikləri tətbiq etməkdə sərbəstdir. İngiltərə Premyer Liqasının bu məsələ ilə bağlı mövqeyi isə klubların ümumi yığıncağından sonra bəlli olacaq.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41