“Aston Villa” AL-in qalibi oldu: Emeri isə əfsanələrin sırasına yüksəldi

21.05.26 | 18:27
Dünya futbolu

İstanbulda baş tutan UEFA Avropa Liqasının finalı tarixi anlarla yadda qalıb. İngiltərə təmsilçisi “Aston Villa” həlledici görüşdə Almaniyanın “Frayburq”unu böyük hesabla məğlub edərək, tarixində ilk dəfə bu nüfuzlu kuboka yiyələnib.

Gərgin mübarizə şəraitində keçən görüşün ilk yarısında ingilislər oyuna tam nəzarət ediblər. Yuri Tilemans və Emiliano Buendianın dəqiq zərbələri ilə “Aston Villa” fasiləyə rahat üstünlüklə yollanıb. İkinci hissədə də oyunun gedişatına nəzarəti əldən verməyən İngiltərə klubu Morqan Rocersin qolu ilə matçın yekun nəticəsini rəsmiləşdirib – 3:0.

Statistika və meydandakı mənzərə bu üstünlüyü tam təsdiqləyirdi. “Frayburq” qol epizodları yaratmağa çalışsa da, meydanda daha kompakt və dəqiq oynayan tərəf Emerinin yetirmələri olub. Bu qələbə Birmingem klubuna həm də növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazandırıb.

Sözügedən zəfər baş məşqçi Unay Emeri üçün xüsusi önəm daşıyır. İspaniyalı mütəxəssis karyerasında beşinci dəfə UEFA Avropa Liqasının kubokunu başı üzərinə qaldıraraq turnirin mütləq rekorduna imza atıb. (Bu göstərici üzrə ikinci pillədə üç qələbə ilə Covanni Trapattoni qərarlaşıb). Emeri buna qədər “Sevilya” (2014, 2015, 2016) və “Vilyarreal” (2021) ilə bu titula yiyələnmişdi. 2022-ci ilin noyabrından “Aston Villa”ya rəhbərlik edən təcrübəli məşqçi ilk dəfədir ki, özünün “sevimli” turnirini İspaniya deyil, başqa ölkənin klubu ilə qazanır.

“Squawka” nəşrinin məlumatına görə, bu uğurla ispaniyalı mütəxəssis ümumi avrokubok titullarının sayına görə (5) Karlo Ançelotti, Joze Mourinyo və Covanni Trapattoni kimi futbol dünyasının əfsanələri ilə eyni pilləyə yüksəlib.

UEFA Avropa Liqası, final

“Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 0:3

Qollar: Tilemans, 41. Buendia, 45+3. Rocers, 58.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11