Braziliyalı UFC döyüşçüsü Renato Moykano 2026-cı il futbol üzrə dünya çempionatının nəticələri ilə bağlı səs-küylü və konspiroloji bəyanatla çıxış edib.
Dünya çempionatında danışılmış oyun təşkil edildiyini iddia edən braziliyalı idmançı, turnirin nəticələrinin əvvəlcədən planlaşdırıldığını öne sürüb: “Messinin Yamalı çimdirdiyi və hazırda hər kəsin paylaşdığı o foto tam bir mason hekayəsinə bənzəyir. Ümumiyyətlə, kim körpəsini bir futbolçunun çimdirməsinə icazə verər? Mənim üçün bu matçın nəticəsi finaldan çox-çox əvvəl bəlli idi, hər şeyi əvvəlcədən bilirdilər. Bəs Topurianın Ağ Evdəki məğlubiyyəti? İspaniyanın dunya çempionu olması üçün onu sadəcə qurban verdilər. Bu hadisədən sonra hər şey mənə tam aydın oldu”, — deyə Renato Moykano bildirib.
Qeyd: İliya Topuriya – Gürcüstan əsilli İspaniya UFC döyüşçüsü, hazırda qarışıq döyüş növlərində (MMA) dünyanın ən parlaq ulduzlarından biridir. UFC çempionluq kəmərinin sahibidir. Aleksandr Volkanovski və Maks Hollovey kimi MMA əfsanələrini nokaut edərək böyük şöhrət qazanıb. Əslən gürcü olsa da, gənc yaşlarından İspaniyada yaşayır və rinqə həm İspaniya, həm də Gürcüstan bayrağı ilə çıxır. İspaniyada hazırda ən populyar idmançılardan biridir. Moykano onun adını ona görə çəkir ki, Topuriya İspaniya idmanının vizit kartlarından biridir. Moykano öz konspiroloji iddiasında Topuriyanın məğlubiyyətini İspaniyanın futbol üzrə dünya çempionu olması üçün “qurban verildiyi” ssenarisi kimi qələmə verir.
