Coy-Lens Mikels: “Cavab matçında daha çox qol imkanlarımız olacaq”

08.07.26 | 13:11
Ölkə futbolu

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS (Nyu-Sents) klubunu 2:0 hesabı ilə məğlub edən “Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb.

Təcrübəli forvard turnirdəki debüt matçının gözləniləndən çətin keçdiyini və rəqibin yalnız müdafiə haqqında düşündüyünü bildirib: “Həqiqətən də çox yaxşı oyun alındı. Çempionlar Liqasında ilk təcrübəmiz olduğu üçün müəyyən çətinliklərlə üzləşdik. Üstəlik, yalnız müdafiəyə qapanan və hücumu düşünməyən komandaya qarşı oynayırdıq. Belə sıx müdafiə səddini yarmaq, boşluqlar tapmaq həmişə çətindir. İlk qoldan sonra rəqibin daha açıq futbol oynayacağını gözləyirdik, lakin hesab 2:0 olduqdan sonra da üslublarını dəyişmədilər. Buna baxmayaraq, istəyimizə çatdıq və qələbə qazandığımız üçün şadıq”.

Mikels Uelsdə keçiriləcək cavab görüşünün tamam fərqli məcrada baş tutacağını və daha çox qol vurmaq şanslarının yaranacağını vurğulayıb: “Gələn həftə rəqiblə onların meydanında qarşılaşacağıq. Səfər matçında daha çox qol vuracağımıza inanıram. Çünki mərhələ keçmək üçün onlar artıq hücum etməyə və hesabdakı geriliyi aradan qaldırmağa məcburdurlar. Əks halda turnirlə vidalaşmalı olacaqlar. Rəqibin məcburən açılması meydanda daha çox boşluqların yaranmasına gətirib çıxaracaq. Ümid edirəm ki, səfərdə Çempionlar Liqasındakı ilk qollarımı vuraraq bu imkanlardan maksimum yararlanacağıram”.

31 yaşlı hücumçu “Sabah”ın turnirdəki ümumi hədəfləri barədə danışmağın hələ tez olduğunu diqqətə çatdırıb: “Qarşıda uzun yol var. Əlbəttə, mümkün qədər irəli getmək istəyirik. Lakin hazırda bütün diqqətimizi cavab görüşünə yönəltmişik. Bu mərhələni adladıqdan sonra növbəti rəqibimiz barədə düşünəcəyik”.

Paylaş:

Xəbər Lenti

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10