Yaşıl meydanın “Tramp Rəqsi” ilə bitən gecəsi

07.07.26 | 12:58
Dünya futbolu

Bu idmanın adı futboldur – başqa heç nə! Ona hücum edə bilər, onu manipulyasiya etməyə çalışarlar, amma idarə etmək əsla mümkün deyil. Bu gecə futbolun və sağlam düşüncənin mütləq qələbəsi idi. İndi kimə zəng edəcəksiniz? Sabah Belçikaya qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq, yoxsa Baarle-Hertoq anklavını ilhaq etmək təklifi irəli sürüləcək? Əlbəttə, indi lağ etmək və ironiya ilə yanaşmaq asandır, amma buna heç ehtiyac da yoxdur: “Onlar alçaldıqca, biz ucalırıq”.

ABŞ millisi bu gün meydanda tamamilə darmadağın edildi, hər bir komponentdə üstələndi. İndi onların deyəcəyi və ya edəcəyi heç bir şey bu reallığı dəyişə bilməz. Bu gecə təkcə belçikalı azarkeşlərin deyil, bütövlükdə əsl futbolsevərlərin unudulmaz xoşbəxtlik gecəsi idi. Çünki bu gün neytrallıq, obyektivlik və qərəzsizlik kimi anlayışların heç biri keçərli deyil!

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya oyundan əvvəl “Biz təkcə özümüz üçün yox, bütövlükdə futbol, onun dürüstlüyü və etikası üçün vuruşuruq” demişdi və sözünün üstündə durdu. Bu gün Belçika sadəcə xəritədəki kiçik bir dövlətin solğun komandası deyil; o, 160 illik təbii təkamül yolu keçən, dünyanın ən böyük mədəni gücünə çevrilən böyük futbolun simvoludur. Onlar hamımız üçün oynadılar.

Bax, futbol budur – bizim tanıdığımız və sevdiyimiz həqiqi oyun! Elə bir idman ki, burada kor-koranə fəaliyyət yox, şüurlu zəka qalib gəlir və həqiqət mütləq meydanda bərqərar olur. Bu qarşıdurma, intellektual bir aristokratın, təkəbbürlü bir “sonradan görmə”yə verdiyi unudulmaz dərs idi. Bir tərəfdə soyuqqanlı, müdrik və nizamlı Belçika, digər tərəfdə isə səbirsiz, çaşqın və pərən-pərən düşmüş Amerika…

FİFA-nın bir çoxumuzu futbol radikalizminin astanasına itələməsi acınacaqlı bir reallıqdır. Bu çirkin idman-siyasət qalmaqalının fonunda ən böyük zərbəni elə ABŞ millisi aldı – amerikalıların öz təbiri ilə desək, onlar sadəcə “kənar zərər” oldular. Maurisio Poçettinonun su şüşələrini təpikləməsi, Harvard məzunu qapıçı Mett Frizin və təcrübəli Tim Rimin meydandakı çarəsizliyi bu uğursuzluğun bariz göstəricisi idi. Folarin Baloqun isə Natan Nqoyun qarşısında tamamilə yox oldu və tribunaların səssizliyi altında əvəzləndi.

Romelu Lukaku hesabı 4:1 edəndə komanda yoldaşlarının künc bayrağı yanında etdiyi “Tramp rəqsi” isə gecənin nöqtəsi oldu. Bu, saf və coşqulu bir Belçika sevgisinin təzahürü idi.Bu gecə futbol qalib gəldi. Bu nəticənin həmin o “təkəbbür ölkəsində” yaradacağı əks-sədanı düşünmək belə insana gizli bir zövq verir. ABŞ komandası növbəti dəfə yenidən cəhd edə bilər – bir şərtlə ki, oyunun qaydalarını hamı kimi qəbul etsinlər. O vaxta qədər isə futbolda heç kimə xüsusi imtiyaz tanınmadığını dərk edərək, addım-addım inkişaf etməli olacaqlar.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24