Nəhayət Lionel Messi də hansısa göstəricidə sonuncu yeri tutub. Argentina millisinin kapitanı DÇ-2026-nın qrup mərhələsində ən az qaçan futbolçu olub. “Opta”nın statistikasına əsasən, qrup oyunlarında minimum 90 dəqiqə meydanda olan futbolçular arasında 39 yaşlı ulduz hər matçda orta hesabla 8.1 km məsafə qət edib. Bu göstərici ilə o, turnirdəki 618 oyunçu arasında sonuncu yeri tutub.
Lakin az qaçması Messinin effektivliyinə mane olmayıb. Çılğın hücumçu qrup mərhələsində rəqib qapılarına 6 qol vuraraq turnirin ən yaxşı bombardiri ünvanını qoruyur.
Argentina 1/16 finalda Konqo DR yığması ilə qarşılaşacaq. Qarşılaşma iyulun 4-ü, şənbə günü baş tutacaq.