Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13
Dünya futbolu

Cırtdan ölkənin mundiala vəsiqə qazanması futbol tarixinin ən böyük sensasiyalarından biri sayılır. Odur ki, “cırtdanlar”ın bundan artığını edəcəyini, DÇ-də adlı-sanlı rəqibləri ilə oyunlarda da sensasiya edəcəyini gözləmək sadəlövhlük olardı. Lakin oyunun əvvəlində Kürasao millisi az qala hər kəsi tərəddüdə soxmuşdu. Almanların erkən qolundan sonra hər kəs darmadağının başlandığını zənn etsə də, kürasaolular 21-ci dəqiqədə gözlənilmədən cavab topunu vuraraq tribunaları təəccübləndirdi. Ada dövləti yəqin ki, mundial tarixində ilk qolun bayram şənliklərinə başladı. Noyerə qol vurmaq Kürasao üçün böyük hadisə sayılmalıdır. Lakin tezliklə almanlar sensasiyanın olmayacağı anonsunu verdi və fasiləyə qədər iki top fərqi yaratdı. İkinci hissə də almanlar durmadan hücuma keçərək böyük hesablı qələbəni təmin etdi. Kürasao isə gözlənildiyi kimi uduzsa da, bayramı korlamadılar. Maraqlıdır ki, ikinci hissənin gedişində vaxtilə “Sabah”ın formasını geyinmiş Marqarita meydana çıxdı. O, 2023-24 mövsümündə Bakı klubunun heyətində 18 oyun keçirib. Marqarita oyunda təhlükəli zərbə ilə yadda qaldı.

E qrupu, 1-ci tur

Almaniya – Kürasao 7:1

Hyuston. NRG stadionu.

Almaniya: Noyer, Kimmix (Anton, 83), Tah (Rüdiger, 73), Şlotterbek, Braun (Raum, 73), Nmeça (Qoretska, 73), Pavloviç, Sane, Musiala (Undav, 64), Virts, Haverts.

Kürasao: Room, Obispo, Bazoer, Floranus, Fonville, L. Bakuna, Komenensiya, J. Bakuna, Çonq (Kastaneer, 83), Hansen (Antonisse, 46), Lokadia (Marqarita, 65).

Qollar: Nmeça, 6. Şlotterberk, 38. Haverts, 45+5-p; 88. Musiala, 47. Braun, 68. Undav, 78 – Komenensiya, 21.

Paylaş:

Xəbər Lenti

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58