“Neftçi” və “Turan Tovuz”un potensial rəqibləri müəyyənləşib

25.05.26 | 11:56
Ölkə futbolu

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” ilə “Turan-Tovuz”un təsnifat mərhələlərində qarşılaşa biləcəkləri rəqiblərin dairəsi genişlənir.

“Neftçi”nin 1-ci təsnifat mərhələsindəki yol xəritəsi

Turnirə 1-ci təsnifat mərhələsindən start verəcək “Neftçi” püşkatmada “səpələnməmişlər” səbətində yer alacaq. Paytaxt təmsilçisinin potensial rəqiblərinin sayı 23-ə çatıb. Siyahıya son olaraq “Velej Mostar” (Bosniya və Herseqovina), “Dinamo Siti” (Albaniya) və “Mondorf-le-Ben” (Lüksemburq) əlavə olunub.

“Neftçi”nin məlum olan digər potensial rəqibləri: Virtus (San Marino), Liepaya (Latviya), İlveş (Finlandiya), Santa Koloma (Andorra), Konnas Kuey (Uels), Styarnan (İslandiya), Avropa (Cəbəllütariq), İnter Turku (Finlandiya), Malışeva (Kosovo), Elimai (Qazaxıstan), Hegelmann (Litva), Penibont (Uels), Runavik (Farer adaları), Sileks (Şimali Makedoniya), Mornar-Bar (Monteneqro), Marsaşlokk (Malta), Nomme Kalyu (Estoniya) və Karnarfon (Uels).

1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə 9 və 16 iyul tarixlərinə planlaşdırılıb.

“Turan-Tovuz” üçün çətin sınaq: 2-ci təsnifat mərhələsi

Turnirə birbaşa 2-ci təsnifat mərhələsindən qoşulacaq “Turan-Tovuz” da püşkatmada “səpələnməmişlər” sırasında yer alacaq. Tovuzluların potensial rəqibləri siyahısına daha 7 komanda daxil olub: “Ayaks” (Niderland), “Rakov” (Polşa), “Başakşəhər” (Türkiyə), “QKS Katovitse” (Polşa), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları) və “Sion” (İsveçrə).

Beləliklə, bölgə təmsilçimizin 42 potensial rəqibindən 23-ü artıq məlumdur. Digər rəqiblərin siyahısı belədir:

Kopenhagen (Danimarka), Panatinaikos (Yunanıstan), Partizan (Serbiya), Luqano (İsveçrə), AEK (Kipr), Riyeka (Xorvatiya), ÇFR Cluj (Rumıniya), HJK (Finlandiya), Jrinski Mostar (Bosniya və Herseqovina), Brann (Norveç), Spartak (Trnava, Slovakiya), Hradec Kralove (Çexiya), Austriya (Avstriya), Vaduts (Lixtenşteyn), Norşalland (Danimarka) və Tobol (Qazaxıstan).

2-ci təsnifat mərhələsinin püşkatması iyunun 17-də, qarşılaşmalar isə 23 və 30 iyul tarixlərində baş tutacaq.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02