“Arsenal”ın 16 yaşlı ulduzu tarixə düşdü

20.05.26 | 14:26
Dünya futbolu

Londonun “Arsenal” uzunmüddətli çempionluq həsrətinə son qoymaqla yanaşı, həm də İngiltərə futbolunda unikal bir rekorda imza atıb. “Topçular”ın gənc vingeri Maks Douman Premyer Liqa (APL) tarixinin ən gənc çempionu olub.

Mikel Artetanın yetirmələri, ən yaxın izləyicisi “Mançester Siti”nin “Bornmut”la bərabərə qalmasından (1:1) sonra sona bir tur qalmış çempionluğu vaxtından əvvəl təmin edib. Hazırda London nəhəngi “şəhərlilər”i 4 xal qabaqlayır.

Bu tarixi zəfər sayəsində “Arsenal”ın gənc istedadı Douman APL yarandığı gündən bəri bu titulu qazanan ən gənc futbolçu olub. O, qızıl medala cəmi 16 yaş 139 günlüyündə qovuşub. London klubunun akademiyasının yetirməsi olan gənc vinger, bu mövsüm çempionatda 5 matçda şans qazanıb və aktivinə 1 qol yazdırmağı bacarıb.

Maraqlı və rəmzi məqam odur ki, “Arsenal” bundan əvvəlki sonuncu çempionluğunu uzaq 2004-cü ildə – Douman hələ dünyaya göz açmamışdan çox-çox əvvəl qazanmışdı.

Paylaş:

Xəbər Lenti

“Sabah” və “Neftçi”yə cərimə, aşağı liqalarda ağır sanksiyalar

21.05.26 | 01:25

Futbolda Şimali Amerika inqilabı: Qaydalar kökündən dəyişə bilər

20.05.26 | 16:19

Tahir Gözəl deyir akademiyada ardıcıl işlər gedir, Qurbanov isə gələcəkdən narahatdır

20.05.26 | 15:41

Azərbaycan millisinin rəqibi Malta ilkin heyətini açıqladı

20.05.26 | 14:22

Qazaxıstanda etiraz: “Sabah”ın kapitanı millidən niyə kənarda qaldı?

20.05.26 | 14:23

“Arsenal”ın 16 yaşlı ulduzu tarixə düşdü

20.05.26 | 14:26

İngiltərədə yeni çempion: «Toçular» 22 illik həsrətə son qoydu!

20.05.26 | 08:37

“Düşərgə qalmaqalı”: İngilislər mundiala öz döşəkləri ilə gedir

19.05.26 | 23:04

Avropa çempionu olan pəhləvanlarımızın indi hədəfi mundialda qalib gəlməkdir

19.05.26 | 23:26

AL-də mövsümün oyunu: Alman səddi, yoxsa Emerinin 5-ci möcüzəsi?

19.05.26 | 23:40

UEFA FİFA-nın yeni qaydalarına “yox” dedi

19.05.26 | 19:59

Braziliya DÇ üçün heyəti açıqladı: Zədəli ulduz mundiala gedir

19.05.26 | 18:39

Portuqaliya millisinin DÇ heyəti açıqlandı: Ronaldunun 6-cı mundialı və “27+1” formulu

19.05.26 | 18:13

“Kəpəz”in futbolçusu rekorda imza atdı

19.05.26 | 18:14

Məmmədyarov mundiala yollanır

19.05.26 | 17:02

“Şamaxı”nın müdafiəçisi Portuqaliyada əməliyyat olundu

19.05.26 | 12:25

“Sabah”ın Avropa elitasındakı rəqibləri: “Bayquşlar”ı ÇL-də kimlər gözləyir?

18.05.26 | 23:35

Ukrayna futbolunun tarixində ilk dəfə millinin sükanı əcnəbiyə tapşırıldı

18.05.26 | 23:28

Fransada azarkeş iğtişaşı: Baş məşqçi meydanda ağladı

18.05.26 | 23:34

Xorvatlar heyəti açıqladı

18.05.26 | 23:15