“Şamaxı”nın braziliyalı müdafiəçisi David Santos Portuqaliyada cərrahiyyə masasına uzanıb.
Klubun mətbuat məlumatına görə, təcrübəli legionerin ön çarpaz bağlarının bərpası əməliyyatı uğurla başa çatıb. Braziliyalı futbolçunu bu növ zədələr üzrə dünyaca tanınmış mütəxəssis, portuqaliyalı həkim Xose Karlos Noronya əməliyyat edib. Yaxın günlərdə David Santosun reabilitasiya prosesinə və bərpa məşqlərinə başlayacağı gözlənilir.