Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38
Ölkə futbolu

Misli Premyer Liqasının XXXII turunda baş tutan paytaxt derbisi “Neftçi”nin qələbəsi ilə başa çatıb. “Sabah”ı 2:1 hesabı ilə üstələyən “ağ-qaralar” avrokuboklara vəsiqəni təmin edib. Gərgin keçən qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Yuri Vernidub qələbəni şərh edib və gələcək planlarından danışıb.

Ukraynalı mütəxəssis sözlərinə komandanın qarşısına qoyulan maksimum hədəfə çatdığını vurğulamaqla başlayıb: “Düşünürəm ki, çox gözəl bir axşamdır. Mövsümün maksimum tapşırığını yerinə yetirməyi bacardıq”.

Vernidub komandanın sükanı arxasına keçərkən vəziyyətin çətin olduğunu, lakin uğura hər zaman inandığını gizlətməyib: “Bakıya gələndə qarşıma konkret məqsəd qoyulmuşdu: ‘Neftçi’ mütləq avrokuboklara getməlidir. Bəli, bura gələndə 4-cü pillədən çox uzaq idik. Amma mən bunun reallaşdırılması mümkün olan bir missiya olduğunu bilirdim. Gəlişimdən iki oyun sonra çempionatda yaranan fasilə bizim üçün göydəndüşmə oldu. Həmin fasilədən maksimum yararlanaraq oyunçularımı fərdi şəkildə daha yaxından tanımaq şansı qazandım. Sizə səmimi deyirəm, bu gün mən çox xoşbəxt insanam”.

Ukraynalı mütəxəssis qısa müddətdə komandada köklü dəyişikliklər etdiyini və qələbə psixologiyasını necə bərpa etdiyini belə izah edib: “İlk növbədə, hər bir futbolçu ilə fərdi söhbətlər etdim. Ardınca komandada nizam-intizamı tam qaydasına saldıq. Futbolçulara bir şeyi aşıladım: biz ‘Neftçi’yik və meydana çıxdığımız hər matçda 1 nömrə kimi oynamalıyıq! Ən azından rəqiblərimizə meydan oxuyacaq səviyyəyə gəlməli idik. Mən bura gələndə çempionatın ən güclü komandaları ‘Qarabağ’ və ‘Sabah’ idi. Şükürlər olsun ki, oyunçular rəhbərliyə, rəhbərlik bizə, futbolçular isə mənə inandı. Bu uğurda klubun texniki heyətindən tutmuş rəhbərliyinə qədər hər kəsin payı var. Birlik olan yerdə nəticə də qaçılmazdır. Bizim qələbəmizin əsas təminatçısı məhz bu birlikdir”.

Yuri Vernidub növbəti mövsümdə Avropa arenalarında sadəcə “iştirakçı” olmaq istəmədiklərini və heyətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bəzi futbolçuların müqaviləsi bitir, bəzilərinin isə öhdəlikləri davam edir. Bu barədə mövsüm tam başa çatdıqdan sonra rəhbərliklə birgə ətraflı düşünəcəyik. Amma bir reallıq var ki, komandaya yeni qan lazımdır. Mən heç vaxt istəmərəm ki, avrokuboklara gedib, orada cəmi 1 tur oynayıb, məğlub olaraq geri dönək. Qarşıda bizi həddindən artıq böyük işlər gözləyir. Beynəlxalq arenada ciddi uğurlar qazanmaq və qarşıya qoyulan böyük hədəflərə çatmaq üçün gecə-gündüz çox çalışmalıyıq”.

Paylaş:

Xəbər Lenti

İspaniya Kabo-Verdenin müqaviməti ilə üz-üzə – YENİLƏNİR

15.06.26 | 21:04

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24