“Bakı-Xankəndi” beynəlxalq veloyürüşü başa çatdı: Zəfər nöqtəsi Xankəndidə qoyuldu

14.05.26 | 16:40
Digər növlər

Azərbaycanın mötəbər idman tədbirlərindən biri olan “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışı uğurla yekunlaşıb. Beş mərhələdən ibarət olan bu marafonun həlledici final mərhələsi gərgin mübarizə və sürətli finişlə yadda qalıb.

Yarışın Tərtər şəhərindən start götürən və Xankəndidə tamamlanan V mərhələsi (181,5 km) beynəlxalq arenada tanınan İspaniyanın “Burqos” komandasının üzvü, Yeni Zelandiyalı velosipedçi Coş Barnettin qələbəsi ilə nəticələnib. O, məsafəni bütün rəqiblərindən daha qısa zamanda qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beş gün davam edən marafon boyunca hər bir mərhələ öz dramatikliyi və sürətli finişləri ilə yadda qaldı. Yarışın ilk günündən etibarən dünya səviyyəli pro-kontinental komandalar arasında amansız rəqabət müşahidə olundu.

arışın açılış mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu legioneri Aleksey Şnirko rəqiblərini geridə qoyaraq ilk sarı köynəyin sahibi oldu. II və III mərhələlərdə “XDS Astana” (Qazaxıstan) komandası öz gücünü nümayiş etdirdi. Müvafiq olaraq Yevgeni Fyodorov və Qleb Suritsa ardıcıl qələbələrlə komandalarının üstünlüyünü təmin etdilər. IV mərhələdə isə səhnəyə İtaliyanın məşhur “Bardiani” kollektivi çıxdı. Komandanın üzvü Marko Manenti taktiki gedişləri ilə rəqiblərini üstələyərək bu etabın qalibi adını qazandı.

Bu yarış sadəcə yerli deyil, dünya velosiped idmanının diqqət mərkəzində olan bir hadisə idi. Belə ki, turnir Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) nüfuzlu 2.1 kateqoriyalı təqviminə daxil edilib.

Xatırladaq ki, yarışda dünyanın 20 fərqli ölkəsini təmsil edən 24 peşəkar komanda mübarizə aparıb.  5 mərhələdən ibarət olan veloyürüşün final akkordu Tərtərdən Xankəndiyə qədər uzanan 181,5 kilometrlik çətin, lakin zəfərlə dolu məsafə oldu.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27