Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39
Dünya futbolu

İspaniya və Misir yığmaları arasında keçirilən yoldaşlıq görüşü yaşıl meydanlardakı oyundan çox, tribunadakı xoşagəlməz hadisələrlə yadda qalıb. Matç zamanı bəzi ispan azarkeşlərin nümayiş etdirdiyi islamofobik davranışlar və təhqiredici şüarlar futbol ictimaiyyətində böyük reaksiyaya səbəb olub.

Qarşılaşmanın ilk hissəsində bir qrup azarkeşin Misir dövlət himnini fitə basması və İspaniyanın Baş naziri Pedro Sançesə qarşı təhqiramiz ifadələr işlətməsi gərginliyin əsasını qoyub. Lakin hadisələrin kulminasiya nöqtəsi tribunadan yüksələn tullanmayan müsəlmandır” şüarları olub. Dini inancın hədəf alındığı bu irqçi tezahüratlar həm meydandakı oyunçuların, həm də dünya mediasının kəskin etirazı ilə qarşılanıb.

İspaniya millisinin gənc və parlayan ulduzu Lamin Yamal baş verənlərə qarşı səssizliyini pozaraq sosial media hesabından geniş bəyanat yayıb. Yamal öz kimliyini qürurla vurğulayaraq azarkeşlərə dözümlülük dərsi keçib: “Mən müsəlmanam, əlhəmdülillah. Dünən stadionda səslənən “tullanmayan müsəlmandır” sədalarını eşitdim. Bilirəm ki, bu, birbaşa mənə qarşı şəxsi hücum deyildi, lakin bir müsəlman kimi bu ifadələri hörmətsizlik və qəbuledilməz hesab edirəm”.

Yamal çıxışında dinin istehza obyektinə çevrilməsini sərt tənqid edərək sözlərinə belə davam edib: “Bütün azarkeşlərin eyni olmadığını bilirəm. Lakin bu cür şüarlar səsləndirənlərə səslənirəm: bir insanın dinini lağlağı mövzusuna çevirmək sizin nə qədər cahil və irqçi olduğunuzu göstərir”.

Bəyanatının sonunda futbolun birləşdirici gücünə toxunan gənc futbolçu, idmanın nifrət dili üçün platforma olmadığını xatırladıb: “Futbol əylənmək və dəstək olmaq üçündür; kim olduğunuzu və ya nəyə inandığınızı təhqir etmək üçün deyil”.

Lamin Yamalın bu cəsarətli çıxışı həm İspaniyada, həm də beynəlxalq arenada böyük rəğbətlə qarşılanıb və idmanda irqçiliyə qarşı mübarizədə mühüm mesaj kimi qiymətləndirilib.

Paylaş:

Xəbər Lenti

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23