Üç xanım güləşçimiz bürünc üçün xalçaya çıxacaq

24.04.26 | 15:41
Digər növlər

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı bütün həyəcanı ilə davam edir. Yarışın beşinci günündə ölkəmizin sərbəst güləş yığmasının beş üzvü mübarizəyə qoşulub, həmçinin qadın güləşçilərimiz medallar uğrunda həlledici görüşlərini keçirəcəklər.

Azərbaycanın sərbəst güləşçiləri üçün gün uğurlu startla yadda qalıb. Xüsusilə Cəbrayıl Hacıyevin (79 kq) inamlı çıxışı diqqət çəkir. Yarışa 1/4 finaldan start verən idmançımız Slovakiya təmsilçisi Axsarbek Qulayevi 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Digər təmsilçilərimizin çıxışları isə belə formalaşıb. İslam Bazarqanov (57 kq) ilk mərhələdən azad olub. O, 1/4 finalda Aryan Tyutrinlə (UWW) qarşılaşacaq. Rəşid Babazadə (65 kq) ilk görüşündə almaniyalı Niko Meqerleni (3:1) üstələsə də, 1/4 finalda Bəşir Maqomedova (UWW) məğlub olub (2:7). Kənan Heybətov (70 kq) mübarizəyə birbaşa Oleksiy Boruta (Ukrayna) ilə qarşılaşmadan başlayacaq.

Təcrübəli Osman Nurməhəmmədovun (97 kq) debütü uğursuz alınıb. O, gərgin keçən ilk görüşdə gürcüstanlı Qivi Matçaraşviliyə minimum fərqlə (2:3) uduzub.

Axşam seansında ölkəmizin üç qadın güləşçisi Avropa çempionatının fəxri kürsüsünə qalxmaq üçün həlledici sınağa çıxacaq. Bütün təmsilçilərimiz bürünc medal uğrunda mübarizə aparacaqlar:  

57 kq. Jalə Əliyeva – Arina Martınova (UWW)

62 kq. Ruzanna Məmmədova – Naemi Leystner (Almaniya)

65 kq. Birgül Soltanova – Beyza Akkuş (Türkiyə)Xatırladaq ki, hazırda yığmamızın hesabında 6 medal (2 qızıl, 4 bürünc) var. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu adını, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Günay Qurbanova (59 kq) isə bürünc medal qazanıb.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46