Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Qazaxıstanın Şımkent şəhərində təşkil olunan UEFA İnkişaf Turnirində son oyununa çıxıb. Turnirin son matçında Pakistan seçməsi ilə qarşılaşan millimiz minimal hesablı qələbə qazanıb – 1:0.
Qeyd edək ki, millimiz turnirə Rusiyadan alınan ağır məğlubiyyətlə (0:5) başlasa da, sonradan vəziyyəti düzəltməyi bacarıb. Qazaxıstanla gərgin keçən matçın əsas vaxtı heç-heçə (1:1) bitsə də, penaltilər seriyasını 4:2 hesabı ilə xeyrinə başa vuran komandamız meydanı qalib tərk edib. Beləliklə, dörd komandanın mübarizə apardığı turniri Azərbaycanın U-17 yığması 5 xalla tamamlayıb.