Tovuz təmsilçisi heyətini yeni oyunçu ilə gücləndirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, «Turan -Tovuz» portuqaliyalı vinger Diogu Balau ilə anlaşıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, Balau ötən mövsümü «Şamaxı»nın heyətində keçirib.