”Turan Tovuz” heyətini yeni legionerlə gücləndirib. Tovuz təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qurban Berdiyevin rəhbərlik etdiyi komandaya rusiyalı qapıçı Aleksey Kenyaykin cəlb olunub. 27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksey Kenyaykin karyerası ərzində Rusiyanın “Orenburq”, Moskva “Torpedo”su və Ulyanovskun “Volqa” klublarının şərəfini qoruyub.