“Torpedo”nun rəhbərindən “Zirə” etirafı: “Gürcüstan klublarının rəqibləri arasında ən güclüsüdür”

06.07.26 | 12:20
Ölkə futbolu

Konfrans Liqasında ölkəmizi təmsil edən “Zirə”nin rəqibi – Kutaisi “Torpedo”su turnir öncəsi ciddi yeniliklər ərəfəsindədir. Gürcüstan təmsilçisi heyətini həm əcnəbi, həm də yerli futbolçularla gücləndirməyi hədəfləyir. Klubun baş direktoru David Dolaberidze ölkənin nüfuzlu “Lelo” nəşrinə verdiyi eksklüziv müsahibədə qarşıdakı avrokubok matçları və komandanın transfer pərdəarxası barədə mühüm məqamlara toxunub.

David Dolaberidze ilk olaraq Konfrans Liqasındakı rəqibləri “Zirə”nin gücünü qeyd edib. O, “qartallar”ın heyətində fərqli ölkələrin milli komandalarında oynayan keyfiyyətli legionerlərin yer aldığını vurğulayıb. Bununla belə, baş direktor öz üstünlüklərindən də söz açıb:

“Bizim bu bəhsədə əsas üstünlüyümüz odur ki, Azərbaycanda daxili çempionat artıq başa çatıb, bizdə isə mövsümün ilk yarısı yenicə yekunlaşıb“.

Dolaberidzenin sözlərinə görə, avrokuboklara vəsiqə qazanmaq “Zirə” üçün bir qədər gözlənilməz olub və onlar bu şansı digər komandalardan daha gec əldə ediblər. Bu səbəbdən mövsüm hazırlıqlarına gec başlasalar da, qısa müddətdə maksimum mobilizasiya olaraq heyətlərini gücləndirməyi bacarıblar. Püşkü dəyərləndirən klub rəsmisi açıq şəkildə etiraf edib ki, bəxtləri gətirməyib: “Bu bir faktdır ki, “Zirə” hazırda Gürcüstan klublarının rəqibləri arasında ən güclüsüdür. Lakin vəziyyət qətiyyən ümidsiz deyil, biz oyuna böyük nikbinliklə yanaşırıq”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02