Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39
Digər növlər

Tbilisidə keçirilən Avropa çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayevin yarımfinalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə məğlubiyyəti böyük müzakirələrə səbəb olub. İdmançımızın məşqçisi Şümşad Bəhramov qarşılaşmanın gedişatına təsir edən hakim qərarlarını kəskin tənqid edib.

Məşqçi Ağayevin turnirə mükəmməl formada gəldiyini, lakin aşkar ədalətsizliklə üzləşdiyini bildirib: “Tam məsuliyyətimlə deyirəm ki, Balabəy bu Avropa çempionatında özünün pik formasında idi. Yarımfinalda isə biz açıq-aşkar ədalətsizliklə qarşılaşdıq. Sardalaşviliyə ‘vaza-ari’ xalının verildiyi epizodda, nəinki ‘vaza-ari’, heç ‘yuko’dan belə söhbət gedə bilməzdi. Çünki həmin anda rəqib tərəfindən heç bir nəzarət və ya fənd tətbiqi yox idi”.

Bəhramov qeyd edib ki, ədalətli hakimlik olsaydı, Balabəy bu gün çempionluq kürsüsünə qalxacaqdı: “İdmançımıza görə çox üzgünəm. Ola bilsin ki, cüdo tarixi hələ belə xal verilməsi görməyib. Hesab edirəm ki, Ağayevi birbaşa qızıl medaldan məhrum etdilər. Mən onun finalda da qələbə qazanacağına tam inanırdım”.

Məşqçi həmçinin idmançının psixoloji durumuna toxunaraq, bürünc medal şanslarını dəyərləndirib: “Ümid edirəm ki, o, bürünc medalı qazanmağı bacaracaq. Balabəy fiziki olaraq çox güclüdür, sadəcə bu haqsızlıqdan sonra özünü psixoloji cəhətdən toparlamalı və yenidən mübarizəyə köklənməlidir”.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51