“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. “Kimyaçılar” Burkina Faso millisinin 25 yaşlı vingeri Mamadi Banqreni transfer edib. Klub yeni futbolçu ilə müqavilənin müddəti və detallarını açıqlamayıb.
Banqre karyerasının son mövsümünü Fransanın “Qrenobl” klubunda keçirib. O, daha əvvəl Fransa çempionatının müxtəlif liqalarında çıxış edib. Xatırladaq ki, 25 yaşlı futbolçu yığmads cinahda çıxış edir.
Beləliklə, Banqre 2026/27 mövsümündə “Sumqayıt”ın heyətinə cəlb etdiyi yeni legionerlərdən biri olub.